İsrailin beynəlxalq kanalında Xocalıya həsr edilmiş süjet göstərilib
Tarix: 04.03.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


İsrailin ingilis, ərəb və fransız dillərində xəbərlər yayan beynəlxalq 24-cü xəbər kanalında Xocalı soyqırımına həsr edilmiş süjet göstərilib:http://www.i24news.tv/en/mobile#replay/56/4088166615001AZƏRTAC xəbər verir ki, telekanalın jurnalistləri məxsusi olaraq Xocalı soyqırımının tarixi barədə veriliş hazırlamaq üçün Bakıya gəliblər. Onlar qeyd ediblər ki, keçən cümə axşamı yüz minlərlə insan Bakıdakı Xocalı meydanında toplaşaraq 23 il bundan əvvəl Azərbaycanın bu şəhərində baş vermiş kütləvi qırğının qurbanlarının xatirəsini ehtiramla yad ediblər. İsrailli jurnalistlər deyiblər: “Azərbaycan xalqı üçün Xocalı bu ölkə ilə onun qonşusu Ermənistan arasında davam edən münaqişə barədə xatırlatmadır”. Məcid Musayev: “Bu gün biz dünya birliyini Xocalıda törədilmiş soyqırımını tanımağa və gələcəkdə dünyanın heç bir yerində bu cür dəhşətli soyqırımı aktlarının bir daha təkrarlanmaması üçün ona qarşı mübarizə aparmağa çağırırıq”. Reportajda qeyd edilir ki, 1992-ci ildə erməni silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini mühasirəyə almış və ətraf aləmdən təcrid etmişdir. Reportajda deyilir: “Ermənilər Xocalının dinc sakinlərinə vəd etmişdilər ki, əgər bu insanlar şəhəri tərk etsələr, onlara təhlükəsiz humanitar dəhliz veriləcək. Lakin Xocalının dinc sakinləri şəhəri tərk edib oradan qaçmağa başlayanda erməni silahlı qüvvələri və 366-cı motoatıcı alayın nümayəndələri Xocalının günahsız dinc sakinlərinə amansızcasına atəş açıblar. Qorxu və vahimə içində olan dinc əhali, o cümlədən qadınlar, qocalar və uşaqlar erməni silahlı dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilib”.Xatirə Orucova: “Bu kütləvi qırğında mən həm atamı, həm də anamı itirdim. Mənim kimilər çox olub. Mən bütün dünyanı Xocalı soyqırımını tanımağa çağırıram”.Məşhur hərbi fotoqraf Reza Deqati həmin kütləvi qırğından bir neçə gün sonra Xocalıda olmuş yeganə jurnalist idi. Yaxınlarını itirmiş ailələr bu insanları tapmağı və tanımağı xahiş edirdilər. Reza Deqati Xocalıda kütləvi qırğının dəhşətli mənzərələrini hələ də sarsıntı ilə xatırlayır: “Xocalıda gördüyüm mənzərə dəhşət idi. Bu, azərbaycanlılara qarşı əsl kütləvi qırğın idi”,Verilişin aparıcısı Lüsi Axariş deyib ki, Azərbaycan xalqı Xocalı soyqırımının 23-cü ildönümü qeyd edir. Azərbaycanlılar 600-dən çox adamın vəhşicəsinə qətlə yetirildiyi bu faciəni soyqırımı kimi səciyyələndirirlər. Bu gün meydana gəlmiş insanlar üçün soyqırımı Xocalıda məhv edilmiş insan həyatlarının sayı ilə deyil, dəyəri ilə müəyyən edilir. 1994-cü ildə Rusiyanın vasitəçiliyi sayəsində Azərbaycan və Ermənistan atəşkəs rejiminə riayət edilməsi barədə razılığa gəldilər, lakin Azərbaycan mövqeləri hələ də atəşə tutulur, nəticədə həm hərbi qulluqçular, həm də sərhədyanı rayonların dinc sakinləri həlak olur. Azərbaycan Milli Məclisi sədrinin müavini Ziyafət Əsgərov: “Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib. Sual olunur: necə olur ki, Qərb Rusiyaya qarşı sanksiyalar tətbiq edir, bizim ərazilərimizi 23 il ərzində işğal altında saxlayan Ermənistan barəsində isə hər hansı sanksiyalar tətbiq edilməsi barədə heç kəs heç nə demir”.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info