“Fransa ABŞ tərəfindən diktə edilən xarici siyasətini dəyişməlidir”
Tarix: 04.03.2015 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


“Fransa Suriya ilə diplomatik münasibətləri bərpa edərək Rusiya ilə birlikdə terrorizmə qarşı mübarizə aparmalıdır”. Bu fikirləri özünün şəxsi “Twitter” səhifəsində yazan Fransa "Milli Cəbhə" partiyasının lideri Marin Le Pen ölkəsinin xarici siyasətini dəyişməyə çağırış edib: “Fransa Amerika Birləşmiş Ştatları tərəfindən diktə edilən xarici siyasətini kökündən dəyişməlidir”.
Bundan əlavə, siyasətçi hesab edir ki, Fransa hökuməti Suriya ilə əlaqələrini bərpa etməlidir. O, rəsmi Parisi Rusiya ilə münasibətləri də yaxşılaşdırmağa çağırıb. Son hadisələrlə bağlı Fransanın başqa bir siyasətçisi, sabiq prezident Jiskar Desten də maraqlı fikirlər səsləndirib. İlk öncə, Ukraynada baş verənlərə münasibət bildirən siyasətçi bu ölkənin əvvəlki hakimiyyətinin idarəçiliyinin narazılıq yaratdığını etiraf edib. Siyasətçi prezident Yanukoviçin hakimiyyətdən getməsində bunu əsas olaraq göstərir. Amma onun fikrincə, Ukraynada vəziyyət qeyri-müəyyən olaraq qalır və hakimiyyət dəyişikliyi demokratik baş verməyib: “ABŞ-a gəldikdə isə bütün bu oyunlara dəstək verdiyi açıqca sezilir”. Siyasətçiyə görə, ABŞ-ın Rusiyaya qarşı sanksiyalar siyasətinə rəhbərlik etməsi beynəlxalq hüquq pozuntusudur. Jiskar Desten Fransız diplomatiyasının Avropada rəhbərlik səylərini genişləndirmək, Ukraynadakı hadisələrin siyasi həllində aparıcı rol oynamaq istəyini də gizlətmir. Onun fikrincə, Kiyevin Avropa arzusu bir yuxu idi: “Çünki qarşıda heç bir perspektiv görməyən ukraynalılar gözəl həyat arzusunda idilər. Lakin bu məqamda realist olmaq lazımdır. Müqayisə üçün bildirək ki, Avropanın mərkəzində yaşayan macarlar Avropa Birliyində olmaq istəmirlər. Avropa Birliyi isə 7 ildən sonra da Bolqarıstan və Rumıniyanı qənaətbəxş səviyyədə inteqrasiya edə bilməyib. Əlbəttə, tərk edilmiş insanlar üçün Avropa Birliyi cazibədar görünür. Bura sülhlə təmin edilmiş ərazi olmasına baxmayaraq, bu, təşkilata üzvlük haqq qazandırmaq üçün kifayət deyil. Ukrayna Avropa Birliyinə üzv ola bilməz”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Paşinyanın açıqlamaları Ermənistanın dalana dirənməsinin nəticələridir
19.08.2019
Li Syan Lun: ABŞ və Çin “sehirli həbi” tapmalıdırlar
18.08.2019
ABŞ əsassız olaraq İranı neft tankerlərinə hücumlarda ittiham edir
18.08.2019
“İntihar“ hallarını siyasiləşdirənlər, faciədən gəlir güdənlər
18.08.2019
“Liviyadakı qarşıdurmaları dayandırmaq üçün sadə yol tutmaq lazımdır“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info