“Heç bir sanksiya Rusiyanın prinsipial mövqeyini dəyişməyəcək”
Tarix: 04.03.2015 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


ABŞ Prezidenti Barak Obama Ukraynanın şərqindəki böhranla əlaqədar Rusiyaya tətbiq edilən bəzi sanksiyaların müddətini daha bir il uzadıb. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. TASS informasiya agentliyi xəbər verir ki, bu sanksiyalar aralarında rəsmilərin də olduğu bir çox Rusiya vətəndaşlarına və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin dövründə hökumətdə vəzifə tutan bəzi şəxslərinə şamil edilmişdi. Bununla yanaşı, məhdudiyyətlər Rusiyanın bəzi iri biznesmenlərini, separatçı Donetsk və Luqansk “xalq respublikalarının” rəhbərliyini və bir neçə şirkəti də əhatə edir. Barak Obamanın sözlərinə görə o, belə nəticəyə gəlib ki, bütün bu sanksiyalar “2015-ci il martın 6-dan sonra da qüvvədə qalmalıdır”. Prezidentin bəyanatında bu məhdudiyyətlərin “daha bir il” qüvvədə qalacağı bildirilir. Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bəyan edib ki, heç bir sanksiya Rusiyanın prinsipial mövqeyini dəyişməyəcək: “Çox maraqlı bir hal bizim diqqətimizi cəlb edir. Nə vaxt ki, Ukraynada böhranın sülh yolu ilə həllinin əlamətləri görünür, Vaşinqtonda yenidən vəziyyəti gərginləşdirməyə başlayırlar. İndi də 12 fevralda imzalanan Minsk razılaşmasına görə əldə olunan atəşkəs rejiminin həqiqətə çevrildiyi an Obama administrasiyası tətbiq olunmuş sanksiyaların uzadılması və yeni sanksiyaların tətbiq edilməsi ilə yenidən Rusiyanı hədələməyə başlayıb. İstəyərdik ki, ABŞ nəhayət, öz qərarlarının və fəaliyyətinin nəticələri barədə düşünsün. Heç bir sanksiya Rusiyanın prinsipial mövqeyini dəyişməyəcək. Bunu artıq Vaşinqton başa düşməlidir”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sosial şəbəkələrdəki xaosu necə dayandırmaq olar?
23.01.2019
Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
23.01.2019
İtaliyalı nazir: Fransa Afrika ölkələri hesabına dövlət borcunu ödəyir
22.01.2019
Peşəsini sevən şəhid
22.01.2019
Sağlamlıq üçün beş ən faydalı şirə

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info