Ədəbiyyat və milli mətbəx paytaxtlarının təqdimatı olub
Tarix: 04.03.2015 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın ədəbiyyat paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib
Dünən Xalça Muzeyində 2015-ci il üçün Azərbaycanın xalq yaradıcılığı paytaxtlarının təqdimat mərasimi keçirilib. Mərasimdə əvvəlcə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin “Dolçe Vita” adlı simli kvinteti çıxış edib.
Sonra Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev layihə haqqında məlumat verib, xalq yaradıcılığı paytaxtlarının seçilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin təbliği və təşviqi məqsədilə nazirlik tərəfindən həyata keçirilən “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində 5 il ərzində üç nominasiya üzrə 15 “paytaxt” elan edilib. Ötən müddət ərzində xalq yaradıcılığı paytaxtlarında müxtəlif səviyyəli bir sıra tədbirlər keçirilib.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramının bölgələrə verdiyi müsbət töhfələri nəzərə alaraq görülən işlərin yeni formada davam etdirilməsi məqsədilə yeni “Xalq Yaradıcılığı Paytaxtları” Proqramının təsdiq olunduğunu söyləyib. Bildirib ki, beş ildir davam edən layihə bir çox uğurlu tədbirlərin keçirilməsinə səbəb olub. Bu layihə regionlarda mədəni həyatın canlandırılmasına, mədəniyyətin təbliğinə imkan verib. Proqram çərçivəsində Qəbələ, Şəki və Masallıda keçirilən mürəbbə, şirniyyat və folklor festivalları artıq ənənəyə çevrilib. Diqqətə çatdırıb ki, ilk dəfə olaraq yeni nominasiyalar üzrə layihəyə start verilir. Yeni proqramla əlaqədar 2015-ci il üçün Şamaxı şəhəri “Azərbaycanın ədəbiyyat paytaxtı”, Qax şəhəri isə “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilib. Yeni paytaxtların elan olunması bölgələrdə mədəniyyət tədbirlərinin canlanmasına təkan verəcək.
Ə.Qarayev qeyd edib ki, cari ildə Şamaxı və Qaxda nominasiyalara uyğun olaraq təntənəli mərasimlər, dəyirmi masa, qiraət müsabiqələri, poeziya axşamları, təqdimatlar və digər tədbirlər keçiriləcəkdir. İnanıram ki, mətbəx ustaları və ədiblər bu işə fəal qoşulacaqlar.
Nazir diqqətə çatdırıb ki, bu gün Azərbaycan mətbəxinin və mədəniyyətinin dünyaya tanıdılmasında mühüm işlər görülür. Əsas məqsəd mənfur ermənilərin Azərbaycana aid yeməkləri öz adlarına çıxmalarının qarşısını almaqdır. Ölkəmizin düzgün siyasəti nəticəsində bunun qarşısını almağa nail olmuşuq. Vurğulanıb ki, Azərbaycan ədəbiyyatı nümunələri xarici dillərə tərcümə olunur, bu əsələr dünya teatrlarında səhnələşdirilir.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov ölkəmizin regionlarında tarix boyu özünəməxsus mədəniyyətin, ədəbiyyatın, eləcə də mətbəxin mövcudluğunu vurğulayaraq, bunların içərisində ədəbiyyatın xüsusilə fərqli düşüncəli olduğunu qeyd edib. Bildirib ki, bu layihə sayəsində bölgələrdə yeni yaranan ədəbi əsərlər və müəlliflər barədə məlumat almaq mümkün olacaqdır.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Vüqar Məmmədov 2014-cü ildə “paytaxt” seçilmiş şəhərlərdə həyata keçirilmiş işlərin hesabatını təqdim edib. Şamaxı və Qax rayonlarının İcra Hakimiyyətləri başçılarının müavinləri Gülnisə Ələkbərova və Vəfa Heydərova təmsil etdikləri bölgələrin tarixi, mədəniyyət, incəsənət və turizm sahələrində əldə olunan nailiyyətlər, cari ildə görüləcək işlər barədə məlumat veriblər.
Mərasimdə ötən il xalq yaradıcılığı paytaxtı olmuş Qəbələ, Balakən və Abşeron rayonlarının mədəniyyət və turizm şöbələrinin müdirləri Nargilə Qafarovaya, Ruqiyyət Seyidovaya və İlham Manafova illik tədbirlər planının icrasındakı məqsədyönlü fəaliyyətlərinə görə nazirliyin fəxri fərmanı təqdim olunub. Sonda 2015-ci il üçün Şamaxı şəhərinin “Azərbaycanın ədəbiyyat paytaxtı” və Qax şəhərinin “Azərbaycanın milli mətbəx paytaxtı” elan edilməsi ilə bağlı hazırlanmış xatirə kubokları və fəxri diplomlar təqdim olunub, xatirə şəkli çəkdirilib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info