“Mingəçevir müasir Avropa şəhərlərinə oxşayır”
Tarix: 04.03.2015 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


“Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında yaradılan yüksək
şərait məni heyran etdi. Bu xəstəxana müasirliyinə görə Almaniyadakı
xəstəxanalardan geri qalmır”


Almaniyanın ölkəmizdəki səfiri Haydrun Tempel dünən Mingəçevirə səfər edib. Səfir Haydrun Tempel Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı N.Bayramov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsindən, şəhərin iqtisadi vəziyyətindən, sosial və mədəni həyatından danışıb.
Almaniya səfirinə şəhərdə aparılan quruculuq və abadlıq işləri, yenidən qurulan Heydər Əliyev parkının layihəsi barədə də məlumat verilib. Qeyd olunub ki, Mingəçevir şəhəri tez-tez irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Şəhərdə keçirilən mühüm əhəmiyyətli tədbirlər Mingəçevirin inkişafında xüsusi rol oynayır. Eləcə də şəhərdə yaradılan istehsal müəssisələri və açılan yeni iş yerləri əhalinin məşğulluğunun təmin olunmasına dəstək verir. Hazırda Mingəçevir şəhəri birinci Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlaşır. Şəhərin bu mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi üçün mühüm işlər görülür. Görüşdə tərəflər arasında bir sıra sahələrdə fikir mübadiləsi aparılıb. Sonra qonaq Haydrun Tempel “Kür” Olimpiya Tədris-İdman Mərkəzinə, idmançıların və qonaqların yerləşəcəyi şəhərciyə, mərkəzi şəhər xəstəxanasına səfər edərək yaradılan şəraitlə tanış olub, şəhərin görməli yerlərini və “Sahil” parkını gəzib. Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini vurğulayan səfir Haydrun Tempel, Mingəçevirə gəlişinin tanışlıq məqsədi daşıdığını qeyd edib. Mingəçevirin geniş potensiala malik olması barədə çox eşitdiyini, bu gün isə bütün bunların canlı şahidi olduğunu diqqətə çatdıran qonaq, görülən işləri yüksək qiymətləndirib. Səfir Mingəçevirdə həyata keçirilən layihələri yüksək qiymətləndirib: “Doğrudan da, Mingəçevirin çox gözəl turizm potensialı var. Mən burada çox mehribanlıqla qarşılandım. Mingəçevir mənə çox gözəl təəssürat bağışladı. Əsaslı təmirdən sonra bu günlərdə istifadəyə verilən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında yaradılan yüksək şərait məni heyran etdi. Bu xəstəxana müasirliyinə görə Almaniyadakı xəstəxanalardan geri qalmır. Şəhərin yaşıllığı, parkları, təmiz havası, insanların qonaqpərvərliyi, şəhərdəki səliqə-sahman, müasir binalar ürəyimcə oldu. Mingəçevir müasir Avropa şəhərlərinə oxşayır. Şəhərdə birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info