ABŞ-da Azərbaycanın tolerantlığı ilə bağlı qətnamə qəbul edilib
Tarix: 05.03.2015 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu Meksiko ştatının Nümayəndələr Palatası martın 3-də keçirilən plenar iclasında Azərbaycanda yaradılmış tolerantlıq mühitini təqdir edən geniş qətnamə qəbul edib.
Qətnamə qəbul edildikdən sonra Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev bu sənədin qəbulunda təşəbbüskar olan qanunvericilərlə əlaqə saxlayaraq, onlara və Nümayəndələr Palatasının digər bütün üzvlərinə təşəkkür edib, Azərbaycanın tolerantlıq sahəsindəki təcrübəsinin bütün dünya üçün nümunəvi bir model olduğunu bildirib.
Konsulluqdan verilən məlumata görə, Nümayəndələr Palatası tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Azərbaycanın tarixi tolerantlıq ənənələrinə toxunularaq, burada qədim zamanlardan müxtəlif dini etiqadların, o cümlədən müsəlmanların, yəhudilərin və xristianların sülh və əmin-amanlıq şəraitində birgə yaşadığı ifadə olunur. Həmçinin bildirilir ki, hazırda dünyanın müxtəlif bölgələrində dini radikalizm, terrorçuluq, dözümsüzlük və ksenofobiya kimi halların artdığı bir dövrdə, Azərbaycan özünəxas tolerantlıq təcrübəsi ilə beynəlxalq ictimaiyyət üçün uğurlu bir tolerantlıq modeli təşkil edir. Qətnamədə o da vurğulanır ki, Azərbaycan rəhbərliyi belə mütərəqqi mühitin inkişaf etdirilməsində böyük rol oynamaqda və bu prosesləri müxtəlif vasitələrlə dəstəkləməkdədir.
Eyni zamanda, 2015-ci il may ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun önəminə yer verilərək bildirilir ki, ABŞ tolerant və dünyəvi dostlarını dəstəkləməli və Azərbaycanın tolerantlıq modelinin bütün dünyada tətbiqinə çalışmalıdır.
Qətnamədə, bu sənədin surətlərinin ABŞ Prezidentinə, Dövlət Katibinə, Konqresinə, Nyu Meksikonu Konqresdə təmsil edən Senator və Konqresmenlərə göndəriləcəyi bildirilir.
Qeyd edək ki, bu qətnamə ABŞ-da ştatlar səviyyəsində Azərbaycanın tolerantlıq ənənələrinə dair qəbul olunan ikinci sənəddir. İlk belə sənəd bu ilin 23 fevral tarixində Nyu Meksiko Ştat Senatında qəbul olunub.
Qətnamə ilə bu linkdə tanış olmaq olar:
http://www.nmlegis.gov/Sessions/15%20Regular/memorials/house/HM119.pdf
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info