ƏƏSMN-in elektron xidməti istifadə sayına görə ilk yeri tutub
Tarix: 05.03.2015 | Saat: 15:53:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidmətindən istifadə sayı 133324 ədəd təşkil edib. Bu göstərici ilə qeyd olunan e-xidmət “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan elektron xidmətlər siyahısında yenə ilk yeri tutub. Son bir ayda ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən istifadə sayı 60354 ədəd, “İş yerinə dair arayış” e-xidmətindən istifadə sayı isə 10592 ədəd olub. ƏƏSMN-nin yalnız bu 3 elektron xidməti üzrə istifadə sayı 204270 ədəddir. Nazirliyin bütün e-xidmətləri üzrə istifadə sayı isə 206969 ədəd olmaqla “Elektron hökumət” portalı üzərindən 43 qurum tərəfindən göstərilən 277 elektron xidmətə dair ümumi istifadə sayının (704970 ədəd) 29,3 faizini təşkil edib. ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətləri ötən il əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi nəticəsində əhalinin istifadəsinə verilib. Həmin sistemin tətbiqi əmək münasibətlərinin elektron müstəvidə qeydiyyatı və şəffaflaşdılmasına, əmək bazarına, işçi hüquqlarının təminatına dövlət nəzarətinin təkmilləşdirilməsinə, qeyri-leqal məşğulluq hallarının aşkar olunaraq aradan qaldırılmasına xidmət edir. Əmək müqaviləsi bildirişlərinin bu sistemdə qeydiyyatdan keçirilməsi işçilərin gələcək sosial və layiqli pensiya təminatı üçün etibarlı hüquqi əsas yaradır.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info