20 nəfər AMEA-nın magistratura pilləsində oxumaq imkanı əldə edəcək
Tarix: 05.03.2015 | Saat: 16:44:00 | E-mail | Çapa göndər


Bu ildən ilk dəfə təşkil olunacaq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura səviyyəsi üzrə ayrılan plan yerlərinin sayı məlum olub. AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev açıqlamasında deyib ki, 2015/2016-cı tədris ili üçün AMEA magistraturasına 7 ixtisas üzrə 20 plan yeri ayrılıb. B. Əliyev bildirib ki, magistraturaya qəbul imtahanının I mərhələsi artıq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilib: “Növbəti mərhələdə isə ixtisas seçimi həyata keçiriləcək. İxtisas seçimi zamanı magistraturaya sənəd verənlər AMEA-nın magistraturasını da seçə biləcəklər və onlar 7 ixtisas üzrə ayrılan 20 plan yerindən birində təhsil almaq imkanı əldə edəcək. Magistraturaya qəbul aparılacaq ixtisaslara dilçilik, antropologiya, nəzəri və riyazi fizika, geologiya, kimyəvi genetika və kataliz, molekulyar biologiya, bitkilərin seleksiyası daxildir. Seçim nəticəsində bu il AMEA-nın magistratura pilləsində 20 nəfər təhsil alacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib
20.09.2018
Prezidentin köməkçisi: “Ərazilərin minalardan təmizlənməsi humanist missiyadır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info