ADNA-nın YAP Gənclər təşkilatı hesabat verdi
Tarix: 05.03.2015 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) YAP Gənclər Təşkilatının Hesabat seçki yığıncağı keçirilib. Konfransda ADNA-nın rektor vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov, ADNA YAP ilk təşkilatının sədri Tamilla Naibova, YAP-ın Nəsimi rayon təşkilatının sədr müavini Zəfər Qurbanov, İdarə heyətinin üzvləri, eləcə də YAP-ın Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, həmçinin prorektor və dekanlar, kafedra müdirləri və tələbələr iştirak ediblər. Konfransda bir neçə məsələyə baxılıb. ADNA YAP Gənclər təşkilatının hesabatı dinlənilib və məruzə ətrafında çıxışlar olub. Təşkilata 27 nəfərdən ibarət yeni heyət və Şura üzvləri seçilib. YAP-a üzv olmaq istəyənlərin ərizələrinə baxılmaqla yanaşı, qəbul olunmuş üzvlərə vəsiqələr təqdim edilib. Qərara alınıb ki, 27 nəfərlik Şura üzvləri eyni zamanda YAP Nəsimi Rayon konfransına da seçilsinlər. Konfransı giriş sözü ilə professor Vaqif Qurbanov açıb. Konfransın məqsədləri barədə fikirlərini bildirən V.Qurbanov gənclərin ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni humanitar həyatda əsas rola malik olan potensial qüvvə kimi dövlət quruculuğunda mühüm yer tutduğunu deyib. Gəncləri Azərbaycanın gələcəyi, yeni güc, yeniləşmə, müasirləşmə, modernləşmənin təməl sütunları kimi ifadə edən rektor ulu öndər Heydər Əliyevin həmişə gənclərə güvəndiyini, onlara böyük etimad göstərdiyini xatırladıb: “Azərbaycanda “Gənclər siyasəti” dövlət siyasətinin əsas tərkib hissəsidir. Azərbaycan gəncliyi dövlətin diqqət və qyğısını hər zaman öz üzərində hiss edib”. V.Qurbanov ADNA tələbələrinin YAP-ın istər rayon, istərsə də respublika miqyaslı tədbirlərində yaxından iştirak etdiklərini deyib. Onun sözlərinə görə, dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətin ictimai-siyasi proseslərində yaxından iştirak edirlər. Konfransın işini YAP Nəsimi rayon təşkilatının gənclərlə bağlı iş üzrə sədrinin müavini ZəfərQurbanov aparıb. ADNA YAP gənclərinin fəaliyyəti ilə bağılı İPAF tələbəsi Aydın Məmmədli hesabat verib. Tələbələr Nurxan Babayev, Səadət İbrahimova hesabatla bağlı çıxışlar edərək, fəaliyyətlərinin qənaətbəxş qiymətləndirilməsini təklif ediblər. YAP Nəsimi rayon təşkilatının sədri millət vəkili Məlahət İbrahimqızı konfransın işindən razı qaldığını deyərək, ADNA tələbələrinin YAP-ın keçirdiyi tədbirlərdə aktiv iştirak etdiyini qeyd edib. Millət vəkili partiyaya üzvlük zamanı hər şeydən əvvəl gənclərin fəallığının, bacarığının və istedadının nəzərə alınmasını vacib amil kimi önə çəkib. O, bu gün bir çox gəncin öz bilik və bacarıqları ilə seçilərək yüksək vəzifələrə təyin olunduğunu qeyd edib. Millət vəkili ADNA tələbələrinə bildirdi ki, Nəsimi rayon YAP təşkilatının təşkilatçılığı ilə martın 18-də Gənclər üçün Əmək yarmarkaları keçiriləcək. Yarmarka Nizami kinoteatrının II mərtəbəsinbdə baş tutacaq. M.İbrahimqızı bütün gəncləri, xüsusilə də YAP üzvü olan tələbə gəncləri Əmək Yarmarkalarında aktiv iştirak etməyə çağırıb. O, gənclər üçün nəzərdə tutulan yarmarkada yüksək məvacibli vakansiyaların olacağını bildirib. Konfrans ADNA YAP Gənclər təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndirib. Gənclərin fəaliyyəti qiymətləndirilməklə yanaşı, hesabat seçki yığıncağı ilə bağlı qərar qəbul olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info