“Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirilib
Tarix: 05.03.2015 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Macarıstan Milli Olimpiya Komitəsi Azərbaycan səfirliyi ilə birlikdə “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib.
Azərbaycanın Macarıstandakı səfirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Macarıstan MOK-un mənzil-qərargahında baş tutan mərasimdə rəsmi şəxslər, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlə və Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.
Macarıstanın İnsan Ehtiyatları Nazirliyinin idman məsələləri üzrə dövlət katibi İştvan Şimiçrko “Bakı-2015” Birinci Avropa oyunlarının bu il fevralın 20-də keçirilən təqdimat mərasiminin Budapeştin mədəniyyət və idman həyatında yaddaqalan hadisəyə çevrildiyini bildirib. Macarıstanın 2024-cü il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək niyyətində olduğunu xatırladan dövlət katibi bu məsələdə Bakının təcrübəsindən öyrənməli məqamların çoxluğuna diqqət yetirib. O, macar idmançılarının dost Azərbaycana qələbə əzmi ilə gedəcəyinə, “Bakı-2015” yarışlarının Avropanın idman tarixində yeni, diqqətəlayiq səhifəyə çevriləcəyinə əminliyini ifadə edib.Macarıstan MOK-un idman direktoru, Olimpiya çempionu Laslo Fabian isə oyunların təşkili ilə əlaqədar iki dəfə Bakıda olduğunu və bu idman bayramı üçün lazım olan bütün zəruri hazırlıq işlərinin vaxtında başa çatdırılacağını söyləyib. “Bakı-2015” Birinci Avropa oyunlarında 190 macar atletinin idmanın 16 növü üzrə mübarizə aparacağını qeyd edən L. Fabian Macarıstanın sonuncu dəfə belə çoxsaylı idmançı heyəti ilə Afinada keçirilən Yay Olimpiya oyunlarında iştirak etdiyini xatırladıb.
Sonra Heydər Əliyev Fondu ilə “Bakı-2015” Təşkilat Komitəsi tərəfindən tərəfindən hazırlanan və Azərbaycan paytaxtının Birinci Avropa oyunlarına hazırlığını əks etdirən sənədli filmə baxış keçirilib. Macarıstan MOK-un rəsmiləri idmançıların bəzi suallarını cavablandırıblar.
Təqdimat mərasimindən əvvəl Bakıya gələcək Macarıstan komandasının 100 üzvü yarışların açılışına 100 gün qalması münasibəti ilə “Bakı-2015” sözləri yazılmış idman geyimində Budapeşt küçələrində yürüş ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info