“İnsanların kimyadan istifadə mədəniyyəti olmalıdır”
Tarix: 05.03.2015 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


Akademik Vaqif Abbasov: “Geyimimizdən qidamizadək həyatımızın geniş sahəsi kimya ilə bağlıdır”

Azərbaycanın görkəmli elm xadimi, kimya elmləri doktoru, akademik, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademiki Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov Qafqaz Universitetinin qonağı olub. Universitetin rektoru professor Ahmet Saniç universitetdə aparılan yeniliklər haqda məlumat verib.
Universitetin akt zalında professor-müəllim heyəti və “Yaşıl kimyaçılar” tələbə dərnəninin üzvləri ilədə görüş keçirilib. Görüşdə professor Vaqif Abbasovun həyat yolu haqda iştirakçılara məlumat verilib. Bildirilib ki, o, gərgin zəhməti, məqsədyönlü fəaliyyəti nəticəsində nəinki Azərbaycanın, dünyanın bir çox ölkələrinin elm aləmində yaxşı tanınıb.Daim oxumaq, inkişaf etmək, araşdırmaları ilə kimya elmini daha da zənginləşdirmək istəyi onun 1991-ci ildə doktorluq dissertasiyası müdafiə etməyilə nəticələnib. Akademik Vaqif Abbasov ilk dəfə olaraq nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşf edib və bu əsasda mövcud analoqlarından yüksək effektivliyi, stabilliyi və çoxfunksiyalılığı ilə fərqlənən antistatik aşqar yaradıb. Yenilikçi alim Nefti sudan təmizləmək və duzsuzlaşdırmaq üçün "Xəzər" deemulqatoru kəşf edib, Azərbaycanın neft emalı komplekslərində tətbiqini həyata keçirib. Dəri sənayesi üçün dünyada analoqu olmayan yeni aşı maddəsi - Bepikoru kəşf etmiş və bir çox ölkədə, o cümlədən Türkiyədə uğurlu sənaye sınaqlarını keçirib. Bu maddənin istifadəsi dəri sənayesində işlənən 8 maddənin istifadəsinə ehtiyacı aradan qaldırıb. Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibini müasir metodlarla araşdıran kimyaçı alim müalicəvi komponenti olan naften karbohidrogenlərinin dar fraksiyalarının bioloji aktivliyini də tədqiq edib. Müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə olaraq V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış "Ağ naftalan yağı" Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçib, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə Ukraynada dərman preparatı kimi satışına icazə verilib. Müəllim ailəsində dünyaya gələn Vaqif müəllim 2005-ci il noyabr ayının 4-də Prezidentin fərmanı ilə "Azərbaycanın əməkdar müəllimi" fəxri adına layiq görülmüş, eyni zamanda Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib. Onun nəşr olunmuş 390-a yaxın elmi əsəri, o cümlədən 7 monoqrafiya, 15 dərslik, 11 dərs vəsaiti mövcuddur. Bu elmi əsərlərdən 76-sı müxtəlif xarici ölkələrdə nəşr olunub. “Kimya mədəniyyəti ” mövzusunda mühazirə oxuyan akademik Vaqif Abbasov deyib: “Mən təşəkkür edirəm ki, məni bu görüşə dəvət etmisiniz, sizin tələbələrlə görüşmək xoş təsir bağışlayır. İnsan təhsilsiz ola bilər, amma insan üçün ən vacib olan tərbiyədir, mədəniyyətdir. Hər sahənin mədəniyyəti olduğu kimi insanların kimyadan da istifadə mədəniyyəti olmalıdır. Bu gün geyimimizdən qidamizadək həyatımızın geniş sahəsi kimya ilə bağlıdır. İnsan bədənində olan duz, su ehtiyatının saxlanmasını və çürümə bakteriyalarının aktivləşməsinin qarşısını alır. Əgər insan orqanizmi duz qəbul etməzsə, bir neçə gündə ölə bilər. Hətta Hollandiyada bir vaxtlar cəza vasitəsi kimi məhbusları ancaq duzsuz çörək və su ilə qidalandırırıblar”.
Akademik tələbələrə tövsiyələr də verib: “Mən müşahidə etdim ki, siz tələbələr üçün təhsil aldığınız universitetdə hər cür şərait yaradılıb. Bu şəraitdən maksimum istifadə edin. Mənim tələbəlik dəftərlərim də arxivimdədir. Yazdığım çox saylı kitablarda bu əlyazmalarımın rolu böyükdür. Sizdə yazdıqlarınız atmayın. İnsan 40 yaşınadək hədəfinə nail ola bilər. Sizdə çalışın vaxtdan səmərəli istifadə edin, sabah bu gündən ibarət olmayacaq, bu gün edəcəklərimizi bu gün etməliyik”.
Tədbirin sonunda akademik Vaqif Abbasova Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç xatirə plaketi, “Yaşıl Kimyaçılar ” tələbə dərnəyinin üzvü isə öz əl işi olan tablo hədiyyə edib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info