Doktorantura pilləsinə qəbul və doktorluq imtahanları qaydalarına dəyişiklik
Tarix: 05.03.2015 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarına dəyişiklik edilib. AMEA Rəyasət Heyəti Aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Baba Əliyev açıqlamasında deyib ki, bu vaxta kimi olan qaydalara əsasən, doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları veriblər.
Bu ildən ediləcək dəyişikliyə əsasən isə doktoranturada təhsil almaq istəyənlərin ingilis dili fənni üzrə imtahanda iştirak etmək üçün beynəlxalq ingilis dili proqramları - TOEFL və IELTS proqramları üzrə sertifikatları olmalıdır. Bu sertifikat olmadığı halda onlar doktoranturaya qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
AMEA-nın doktorluq imtahanları zamanı da TOEFL və IELTS proqramları üzrə sertifikat tələb olunacaq. Belə ki, AMEA-da doktoranturaya qəbul və doktorluq imtahanları zamanı xarici dil biliklərinin müasir səviyyədə qiymətləndirilməsi üçün qaydalar müəyyən edilib. Tələbləri yüksəltmək məqsədilə namizədlərin ingilis dili biliklərinin qiymətləndirilməsi üçün doktoranturaya qəbul zamanı iddiaçı TOEFL proqramı üzrə ən azı 80 bal və ya IELTS proqramı üzrə ən azı 6.5 bal, doktorluq imtahanları zamanı isə iddiaçı TOEFL proqramı üzrə ən azı 100 bal və ya IELTS proqramı üzrə ən azı 7 bal toplaması barədə sertifikat təqdim etməlidir.
Qeyd edək ki, AMEA Rəyasət Heyətinin iclasında fəlsəfə doktoru hazırlığı üzrə xarici dil biliklərinin keyfiyyətinin yüksəldilməsinə dair tədbirlər haqqında qərar qəbul olunub. Doktoranturaya qəbul və doktorluq imtahanları qaydalarına dəyişiklik bu qərara əsasən həyata keçiriləcək.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info