“NATO-nun aktivliyi Rusiya ordusunun etdiklərini dəfələrlə üstələyir”
Tarix: 05.03.2015 | Saat: 18:58:00 | E-mail | Çapa göndər


“NATO Ukraynada yaranmış vəziyyətdən Rusiyada Federasiyasının sərhədlərinə yaxınlaşmaq üçün istifadə edir”. TASS agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov deyib. “Biz diqqət yetirdik ki, NATO ölkələri diplomatik sözləri bir kənara atmaq və Rusiya sərhədlərinə doğru irəliləmək üçün Ukrayna məsələsindən bəhanə kimi istifadə etdilər”, - deyə nazir müavini söyləyib.
A. Antonov qeyd edib ki, o, alyans tərəfindən Rusiya sərhədlərində nə qədər təlim keçirildiyini və Rusiya sərhədləri boyunca nə qədər hərbi uçuş həyata keçirildiyini yoxlatdırıb: “Deyə bilərəm ki, NATO-nun aktivliyi Rusiya ordusunun etdiklərini dəfələrlə üstələyir. Altı qərargahın yaradılması barədə (məsələn, Baltikyanı ölkələrdə) son qərar yalnız bir şeyi göstərir: əvvəlki bütün vədlər unudulub, NATO gizlətmir ki, bu gün Rusiya onun düşməninə çevrilir”.
A. Antonovun sözlərinə görə, NATO simurq kimi dirçəlməyə imkan tapıb: “Hər kəs Sovet İttifaqının dağılmasından (təəssüf ki) sonra düşünürdü və arzulayırdı ki, növbəti düşmən kim olacaq. Artıq gözəl bir imkan var – Rusiyanı düşmənə çevirmək”.
Nazir müavini Münhen təhlükəsizlik konfransında iştirak etdiyini və NATOölkələrinin, xüsusən Rusiya ilə həmsərhəd ölkələrin nümayəndələrinin çıxışlarındakı anti-Rusiya tonundan kədərləndiyini söyləyib. Bununla yanaşı, o,NATO-nun fəallığının Rusiya üçün ciddi təhlükə törətmədiyini vurğulayıb: “Rusiya Silahlı Qüvvələri adekvat fəaliyyət göstərir. Rusiya Müdafiə Nazirliyi vəziyyətin istənilən inkişafına hazırdır və durum daim təhlil edilir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info