Komitə növbəti müddətə beynəlxalq İşçi Qrupunun sədri seçilib
Tarix: 05.03.2015 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın dövlət qurumları beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir və onların işində fəal iştirak edirlər. Belə ki, 2015-ci ilin 26–27 fevral tarixlərində BMT-nin Cenevrə şəhərində yerləsən mənzil-qərargahında BMT Avropa İqtisadi Komissiyasının (AİK) Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun növbəti, 9-cu sessiyası keçirilib. Sessiyaya İşçi Qrupunun 2013-cü ildən sədri olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi sədrlik edirdi. Sessiya çərçivəsində AİK regionuna daxil olan dövlətlərin daşınmaz əmlak nazirlərinin görüşü və müzakirə panelləri, daşınmaz əmlakın idarə edilməsi və idarəçiliyi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların İkinci iclası keçirilib, İşçi Qrupunun 2013–2014-cü illərdə fəaliyyəti qiymətləndirilmiş, İşçi Qrupu Bürosunun işi haqqında hesabat, İşçi Qrupunun 2016–2017-ci illər üçün İş Proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib.
Sessiyanı giriş sözü ilə BMT-nin Baş Katibinin müavini, BMT AİK-in İcraçı Katibi cənab Kristian Friis Bax açıb. Sessiya çərçivəsində AİK regionuna daxil olan dövlətlərin daşınmaz əmlak nazirlərinin görüşü və müzakirə panelləri, daşınmaz əmlakın idarə edilməsi və idarəçiliyi sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların İkinci iclası keçirilib, İşçi Qrupunun 2013–2014-cü illərdə fəaliyyəti qiymətləndirilib, İşçi Qrupu Bürosunun işi haqqında hesabat, İşçi Qrupunun 2016–2017-ci illər üçün İş Proqramının layihəsi, habelə digər məsələlər geniş müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib.
Sessiyanın sonunda BMT Avropa İqtisadi Komissiyasının 56 üzv dövlətinin açıq səsverməsi yolu ilə keçirilən seçkilər nəticəsində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi ardıcıl olaraq növbəti iki il müddətinə BMT Avropa İqtisadi Komissiyasının Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun, eləcə də İşçi Qrupu Bürosunun sədri seçilib. İşçi Qrupu sədrinin müavini vəzifəsini tutmaq üçün keçirilən seçkilərdə isə xanım Culi Berri (Böyük Britaniya) və cənab Rik Vauters (Hollandiya) səs çoxluğu ilə qalib gəliblər.
Seçkilər nəticəsində İşçi Qrupunun Bürosuna 11 dövlətdən (Avstriya, Azərbaycan, Böyük Britaniya, Danimarka, Finlandiya, Gürcüstan, İrlandiya, İtaliya, Hollandiya, Qırğızıstan və Yunanıstanın müvafiq dövlət qurumlarından) olan nümayəndələr üzv seçiliblər.
Sessiyanın işində AİK-ə üzv olan 56 dövlətin aidiyyəti qurumlarının nümayəndələri ilə yanaşı, BMT-nin Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), “EuroGeographics” beynəlxalq assosiasiyası, Beynəlxalq Bank, Beynəlxalq Mərzçəkənlər Federasiyası (FIG), Avropa İttifaqının Daimi Kadastr Komitəsi (PCC), Avropa Daşınmaz Əmlak Xidməti (EULIS), Avropa Daşınmaz Əmlakın Qeydiyyatı Assosiasiyası (ELRA), Beynəlxalq Əmək Təşkilatı (İLO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Geodeziya-Mərzçəkənlər Şurası (CLGE), Təbii Fəlakətlər Riskinin Azaldılması üzrə BMT Ofisi (UNİSDR), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR), BMT-nin Məskunlaşma Proqramı Administrasiyası (UN HABİTAT), USAID və digər beynəlxalq təşkilatların təmsilçiləri də iştirak edirdilər.
Xatırladaq ki, Daşınmaz Əmlak İdarəçiliyi üzrə İşçi Qrupunun başlıca məqsədi BMT-nin Avropa İqtisadi Komissiyası regionunda daşınmaz əmlakın idarə olunması və idarəçiliyinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl təcrübənin təşviqindən ibarətdir. İşçi Qrupunun hədəfi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qorunması, regionda daşınmaz əmlak və torpağın kadastrı və qeydiyyatı, eləcə də daşınmaz əmlak bazarlarının inkişaf etdirilməsini ehtiva edir. İşçi Qrupu öz fəaliyyətini AİK regionundakı bütün ölkələr arasında əməkdaşlıq və təcrübə mübadiləsinə əsaslanaraq, üzv dövlətlərin ərazilərində konfrans, seminar, forum və işçi görüşlərin təşkili, regionda daşınmaz əmlak idarəçiliyi sistemlərinin araşdırılması, daşınmaz əmlakın idarə edilməsi sahəsində ölkələr üzrə profillərin (səciyyəvi məlumatların) hazırlanması, daşınmaz əmlakın idarə olunması və idarəçiliyi mövzularında layihələrin həyata keçirilməsi, tədqiqat işlərinin aparılması və təlimatların nəşri, AİK regionunda daşınmaz əmlak sistemlərinin inventarlaşdırılmasının həyata keçirilməsi və səmərəlilik səviyyələrinin müqayisə edilməsi, daşınmaz əmlakın idarə olunması və idarəçiliyi üzrə ölkələr tərəfindən həyata keçirilən siyasətlərə dair tövsiyələrin bildirilməsi, bu işə ekspertlərin cəlb edilməsi, eləcə də aidiyyəti milli və beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə həyata keçirir.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info