Ərəblər neftin ucuz qiymətləri siyasətindən imtina edirlər?
Tarix: 05.03.2015 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı belə görünür ki, neftin ucuz qiymətləri siyasətindən imtina edir. Ölkənin milli neft kompaniyası Asiya müştəriləri üçün güzəştləri kəskin azaldıb, neft naziri isə bazarın sabitləşməsinə işarə edib.
Rusiyanın NTV telekanalı xəbər verir ki, Səudiyyə Ərəbistanının milli neft kompaniyası olan Saudi Aramco asiyalı müştərilər üçün güzəştləri aprel ayından 1 dollar 40 sent azaldacağını elan edib. Bu 2012-ci ilin yanvarından bəri ən maksimal qiymət artımıdır. Bundan sonra neft satışında tətbiq edilən güzəştlər cəmi 90 sent olacaq.
Son aylar Səudiyyə Ərəbistanı tələbi üstələyən təkliflər fonunda bazardakı payını saxlamağa çalışaraq nefti böyük güzəştlərlə satırdı. Bu da qara qızılın qiymətlərinin daha da ucuzlaşmasına səbəb olurdu. İndi isə Asiya bazarında canlanmanı görən Krallıq böyük güzəştlərdən imtina etmək qərarına gəlib.
Bir qədər əvvəl Səudiyyə Ərəbistanının neft naziri ən-Nuaymi dünya bazarında neftə tələbatın tədricən artdığını və qiymətlərin stabilləşməsinin təzahürlərinin göründüyünü təsdiqləyib.
Səudiyyə Ərəbistanından gələn xəbər və bəyanatlardan sonra London birjasında brent markalı neftin aprel fyçerslərinin qiymətləri 7 sent bahalaşaraq barreli 60,62 dollara çatıb. WTI markalı neftin barrelinin qiyməti isə Nyu-York əmtəə birjasında 22 sent bahalaşıb və 51,75 dollardan satılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
USAİD Gürcüstanda iqtisadi islahatlar üçün 1,5 milyard dollar ayırıb
19.09.2018
Şimali və Cənubi Koreya arasında hərbi sahədə əməkdaşlıq müqaviləsi imzalanıb
18.09.2018
Çin ABŞ-dan idxal olunan 5200-dən çox məhsulun rüsumunu artırır
18.09.2018
ABŞ Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır
18.09.2018
Rusiya təyyarəsi vuruldu,15 hərbçi həlak oldu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info