AŞPA Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul edib
Tarix: 05.03.2015 | Saat: 20:43:00 | E-mail | Çapa göndər


AŞPA Sədarət Komitəsi Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qərar qəbul edib. Bu haqda Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. Elxan Süleymanov bildirib ki, AŞPA yanvar sessiyasında Ermənistan qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsi hazırlayaraq, AŞPA katibliyinə təqdim etmişdim və bu barədə ictimaiyyətə məlumat verib: “Katibliyə təqdim etdiyim “Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair“ adlanan həmin qətnamə layihəsi Avropa Şurasına üzv olan 47 ölkədən 24 ölkəni təmsil edən 46 deputat tərəfindən imzalanmışdır. Qeyd etməliyəm ki, AŞPA-nın prosedur qaydalarına əsasən qətnamə təklifi ən azı 5 üzv dövləti təmsil edən 20 deputat tərəfindən imzalandıqdan sonra gündəliyə daxil edilməlidir. Göründüyü kimi, qətnamə layihəsi hazırlanarkən tam olaraq qurumun prosedur qaydalarına əməl edilib və həmin qaydalara uyğun olaraq qətnamə layihəsi AŞPA-nın gündəliyinə daxil edilmişdi. AŞPA-nın Sədarət Komitəsinin 5 mart tarixli iclasında qeyd edilən qətnamə layihəsi müzakirəyə çıxarılıb. İclasda həmin sənədin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” hazırlanacaq məruzədə nəzərə alınması üçün Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Volterə göndərilməsi tövsiyyə edilib. Növbəti addım kimi sənəd Büroda baxılmalı və Sədarət Komitəsinin tövsiyyələrinə uyğun qərar qəbul edilməlidir”.
O qeyd edib ki, son 2 il ərzində AŞPA-ya üç qətnamə layihəsi təqdim edib: “Bu sənədlərin hər üçü Ermənistanın ölkəmizə qarşı silahlı təcavüzü və ərazilərimizin işğal edilməsi və işğalın 23 ildən artıq müddət ərzində davam etməsi nəticəsində yaranmış vəziyyətlə bağlıdır. Birinci sənəd 23 ildən artıq müddət ərzində işğal altında qalmış Sərsəng su anbarının Azərbaycanın 6 cəbhəyanı rayonlarında törədəcəyi humanitar və ekoloji fəlakət vəziyyətinin təhdidləri ilə bağlıdır. Bu təklif üzrə Sosial Məsələlər Komitəsində Bosniya və Herseqovina təmsilçisi olan AŞPA üzvü Meliça Markoviç məruzəçi təyin edilib. Məruzəçi artıq bu ilin yanvar ayında ölkəmizə ilkin səfər edib, Azərbaycanın Sərsəng su anbarında yaranmış təhlükəli vəziyyətlə bağlı əziyyət çəkən cəbhəyanı rayonlarında görüşlər keçirib. AŞPA-ya təqdim etdiyim ikinci sənəd “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artmasına dair” qətnamə layihəsidir. Bu sənəd üzrə Siyasi Məsələlər Komitəsində Böyük Britaniyalı deputat Robert Volter məruzəçi təyin edilib. Biz bu sənəd vasitəsilə işğalçı Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edirik. Məruzəçi hazırda məruzə üzərində işlər aparır və o, 11-15 mart tarixlərdə mandatı çərçivəsində ölkəmizə səfər edəcək. Vurğulamalıyam ki, hər iki qətnamə layihəsini irəli sürdükdən sonra biz AŞPA-da anti-Azərbaycan qüvvələrin böyük müqaviməti ilə üzləşdik. Bu qətnamə layihələrinin qarşısının alınması və gündəlikdən çıxarılması istiqamətində AŞPA rəhbərliyi və Katibliyinin birbaşa iştirakı ilə bütün anti-Azərbaycan qüvvələr, erməni lobbiləri səfərbər olundular. Biz onların müqavimətini dəf edə bildik və birinci mərhələni uğurla başa vurduq. İnanmaq istərdik ki, məruzəçilər öz məruzələrini hazırlayarkən obyektivlik və prinsipiallıq nümayiş etdirəcəklər. Nəhayət, 2015-ci il AŞPA-nın yanvar sessiyası zamanı girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin ədalətli məhkəmə hüququnun təmin edilməsinə dair qətnamə layihəsini təqdim etdim. Bu son iki il ərzində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı nəticəsində yaranmış vəziyyətə dair AŞPA-ya təqdim etdiyim 3-cü qətnamə layihəsidir. Hesab edirəm ki, Sədarət Komitəsinin 5 martda qəbul etdiyi qərar girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin məhkəmə hüququnun təmin edilməsinə dair AŞPA-da qərar qəbul edilməsi üçün ən qısa və mühüm addımdır”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10475

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info