Velosipedçimiz növbəti lisenziya xalları qazanıb
Tarix: 05.03.2015 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Azərbaycanın şose velosipedi üzrə elit yığması və “Synergy Baku” kontinental komandasının üzvü Maksim Averin Xorvatiyada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı birgünlük “Umag Trophy” yürüşündə uğurla çıxış edib. O, 161 kilometrlik məsafəni 3 saat 25 dəqiqə 16 saniyəyə başa vuraraq 2-ci yeri tutub. Yağışlı hava şəraitində baş tutan yürüşün son 20 kilometri xüsusilə çətin alınıb. Belə ki, ardıcıl toqquşmalar bir neçə velosipedçinin yarışı yarımçıq dayandırması ilə nəticələnib. Velosipedçimiz bütün bu toqquşmalardan qaça bilib və finişi 10 nəfərdən ibarət pelotunun içərisində keçib. Fotofinişə əsasən, velosipedçimiz yekun sıralamada 2-ci olub. Bu isə Maksim Averinə “Rio-2016” Yay Olimpiya Oyunları üçün aktivinə daha 30 reytinq xalı yazmağa imkan verib. Xatırladaq ki, idmançımız martın 1-də Xorvatiyada təşkil olunmuş digər yarış – “İzola” Qran-prisində 5-ci olmaqla 10 xal qazanmışdı.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu
18.11.2018
Azərbaycanın U-19 millisi gürcüstanlı həmyaşıdlarını məğlub edib
17.11.2018
Azərbaycan güləşçisi dünya çempionatının gümüş medalına sahib olub
17.11.2018
Azərbaycan millisi Farer adaları komandasını məğlub etdi
17.11.2018
Bakıda akrobatika üzrə dünya kuboku yarışlarının açılış mərasimi olub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info