AFFA Ukrayna klubunun oyunçusunu milliyə gətirir
Tarix: 05.03.2015 | Saat: 21:03:00 | E-mail | Çapa göndər


AFFA rəhbərliyi hazırda Ukraynanın "Metallurq" (Donetsk) klubunda çıxış edən Pavel Paşayevin Azərbaycan milli komandasına cəlb olunması məqsədilə danışıqlara başlayıb. Bu barədə federasiyanın baş katibi Elxan Məmmədov məlumat verib. E.Məmmədovun sözlərinə görə, bu məqsədlə Ukrayna Futbol Federasiyasına müraciət edilib. Baş katib sabah FİFA-ya da baş vuracaqlarını açıqlayıb: "Pavel Paşayevin atası azərbaycanlıdır, Bakıda doğulub. Bunu təsdiqləyən pasport əlimizdədir. Biz bütün sənədləri yığaraq, FİFA-ya müraciət edəcəyik ki, onun Azərbaycan yığmasına keçidinə baxılsın. FİFA-nın futbolçuların statusu ilə bağlı Əsasnaməsinin 8-ci bəndinə görə, futbolçu aşağı yaş qrupları üzrə yığmaların heyətində rəsmi matçlarda çıxış edibsə, onun başqa ölkənin əsas millisində oynayıb-oynamamasına FİFA qərar verir. Ona görə də çox güman ki, sabah ali futbol qurumuna da müraciət edəcəyik. FİFA da növbəti 2 həftə ərzində qərar qəbul edəcək". Qeyd edək ki, Pavel Paşayev Ukraynanın 17, 19 və 21 yaşadək yığmalarından əlavə, əsas millisində də forma geyinib. Lakin həmin matçlar yoldaşlıq görüşlərinə təsadüf edib.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info