Çexiya Donbasdan köçən etnik çexləri bu ölkədə məskunlaşdıracaq
Tarix: 05.03.2015 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Çexiyada etnik çexləri gətirəcək ilk avtobusun gəlişini gözləyirlər. Söhbət Donbasda yaranmış vəziyyətlə əlaqədar, Ukraynadan öz tarixi vətənlərinə köçməyi qərara almış etnik çexlərdən gedir.
Praqa radiosunun verdiyi məlumata görə, Çexiya hökuməti köçkünlərə ilkin kömək məqsədilə 2015-ci il yanvar ayında dövlət xəzinəsindən təqribən 2,4 milyon avro vəsait ayırıb. Ukraynadan gələn vətəndaşlar Çexiya Daxili İşlər Nazirliyinə məxsus yataqxanalarda yerləşdiriləcəklər. Yaşlı sakinlərin hərəsinə 1800 avro, uşaqların təmin edilməsi üçün hər uşağa 727 avro ayrılması nəzərdə tutulur. Köçkünlərin iş yeri və daimi yaşayış yeri axtarışında onlara kömək göstəriləcək. Ukraynadan yola düşmüş vətəndaşların xeyli hissəsi Çexiyaya gəlmək üçün vizanı Odessada Çexiyanın müvəqqəti konsulluğu işlədiyi dövrdə alıblar. Həmvətənlərin problemləri üzrə xüsusi müvəkkil Karel Kinl bu planın həyata keçirilməsinin təfsilatını şərh edərək deyib: “Əvvəlcədən Daxili İşlər Nazirliyinin müvafiq bölmələri ilə əlaqə saxlamış 190-a yaxın həmvətənimiz müsahibəyə dəvət edilib. Onların nə gətirməli olduğu elektron poçt vasitəsilə yazılı şəkildə izah edilmişdi və bu şəxslərin hazırlıq səviyyəsi çox yüksək idi. Müvəqqəti konsulluq bölməsinə təqribən 150-160 nəfər müraciət edib. Dəvət edilənlərin bəziləri Odessaya gələ bilməyiblər. Məsələn, Luqansk vilayətindən olan bir ailə gələ bilməyib. Onlar məktub vasitəsilə və telefonla bildiriblər ki, barrikadalardan keçmək mümkün olmayıb. Donetskdən olan iki ailə də müəyyən problemlərlə üzləşiblər. Lakin bu şəxslər həmin problemləri həll edə bilib və gəliblər. İki gün ərzində Odessadakı müvəqqəti konsulluğa bu şəhərdə və ya onun ətraf rayonlarında yaşayan 40-a yaxın həmvətənimiz müraciət edib. Buna baxmayaraq, Çexiyanın hakimiyyət orqanları onların da ərizələrini qəbul edib”.

Ağasəf




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info