“Nüfuzlu informasiya agentliyi ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır”
Tarix: 06.03.2015 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


“Getdikcə daha da qloballaşan və zəngin informasiya mühitinin yarandığı dünyada xəbər agentliklərinin rolu daha da artır. Dünyada nüfuzu olan informasiya agentliyi öz ölkəsinin imicinin formalaşmasında mühüm rol oynayır”. Bu fikirləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovla görüşdə Sloveniya parlamentinin yuxarı palatasının - Milli Şuranın sədri Mitya Bervar səsləndirib. Mitya Bervar qeyd edib ki, bu yaxınlarda Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunları kimi beynəlxalq əhəmiyyətə malik hadisənin dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında AZƏRTAC mühüm rol oynayacaq.
Azərbaycan və Sloveniya arasında mədəni, iqtisadi və siyasi sahələrdə əlaqələrin inkişafı xəbər agentliklərinin əməkdaşlığına da müsbət təsir göstərib. Bir neçə gün əvvəl AZƏRTAC-la Sloveniyanın STA agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişin imzalanması mərasimində iştirak etməkdən məmnunluq duyduğunu bildirən Mitya Bervar diqqətə çatdırıb ki, AZƏRTAC-ın 95 illik yubileyində dünyanın mötəbər media qurumlarının və informasiya agentliklərinin rəhbərlərinin iştirakı onun beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir.
AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, tarixən sıx əlaqələrə malik Azərbaycan və Sloveniya arasındakı əməkdaşlıq son on ildə dövlət başçılarının səyləri nəticəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Baş direktor İkinci Dünya müharibəsində böyük şücaət göstərmiş Mehdi Hüseynzadəyə Sloveniyada dərin rəğbət və ehtiram bəslənilməsinin şahidi olduğunu və bundan məmnunluq duyduğunu diqqətə çatdırıb.
Mitya Bervar 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə Bakıda eyni vaxtda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçiriləcəyindən məlumatlı olduğunu bildirib. AZƏRTAC-ın 2016-2019-cu illərdə bu mötəbər beynəlxalq qurumlara sədrlik etməsini onun qazandığı nüfuzun daha bir təsdiqi kimi dəyərləndirib. Görüşdə çıxış edən Sloveniya parlamentinin deputatı Rudi Matjasic Bakıya səfər zamanı iki xalq arasında bir çox ümumi dəyərlərə şahid olduğunu bildirib. Buna iki xalqın ortaq qəhrəmanı olan Mehdi Hüseynzadəni misal göstərən deputat Sloveniyada onun şərəfinə marka istehsal olunduğunu qeyd edib. Sloveniyanın Bakıdakı fəxri konsulu Elnur Allahverdiyev Milli Şuranın sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri zamanı bir sıra mühüm görüşlərin keçirildiyini və aparılan danışıqların nəticəsi olaraq 2016-cı ildə Bakıdan Sloveniyanın Maribor şəhərinə birbaşa təyyarə reysləri açılmasına dair razılıq əldə edildiyini bildirib. Qeyd edilib ki, bu hava körpüsü ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə təkan verəcək.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info