Xocalı faciəsini soyqırımı kimi tanıyan ölkələrin sayı artır
Tarix: 06.03.2015 | Saat: 00:16:00 | E-mail | Çapa göndər


Azərbaycan həqiqətlərinin, eləcə də Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlər ildən-ilə öz effektini verməkdədir. Bu işlərin dövlətin diqqətində olması və geniş təbliğatın aparılması Xocalı soyqırımı məsələsini dünyanın gündəminə çıxarıb.
Heydər Əliyev Fondunun, “Xocalıya ədalət” kampaniyasının rəhbəri Leyla Əliyevanın Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdikləri fəaliyyətlər əvəzsizdir. Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı saysız kitablar, broşürlər, CD-lər və s. hazırlanıb dünya ölkələrinə yayılıb. Xüsusilə bu il, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər daha çox əks-səda verdi. Bu kampaniya Ermənistan ordusunun dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi qəddar qətliamın beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin bu faciəni soyqırımı aktı kimi tanıması üçün mühüm əhəmiyyətə malikdir. Məhz bu kimi fəaliyyətlərin nəticəsidir ki, artıq dünyanın 10 ölkəsi, ABŞ-ın 16 ştatı rəsmi şəkildə, parlament səviyyəsində Xocalı faciəsini soyqırımı kimi tanıyıblar. Həmçinin bir çox dövlətlərin rəsmiləri Xocalı soyqırımını törədənləri qınayıblar. Təsadüfi deyil ki, bu il fevralın 26-da saat 15:00-18:00 radələrində Xocalı soyqırımı “Twitter”də ən çox münasibət bildirilən və paylaşılan mövzu oldu və “Twitter” Top Trendində birinci yeri tutdu. Bu isə onu deməyə əsas verir ki, milyonlarla “Twitter” istifadəçisi bu faciəyə öz münasibətini bildirdi. “Retwit”lərin sayına görə də Xocalı soyqırımı mövzusu rekord həddə çatdı.
Bununla belə, xüsusi vurğulanmalıdır ki, bu il Xocalı faciəsi ilə bağlı ən diqqətçəkən çıxış və tədbirlər İsrail Dövlətinin təmsilçilərindən gəldi. 2015-ci ildə İsrail Dövlətinin ali rəhbər şəxsləri öz rəsmi çıxışlarında Xocalı faciəsini soyqırımı aktı kimi ifadə ediblər. Məslən, İsrail Prezidenti Reuven Rivlin BMT Baş Məclisinin Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş Beynəlxalq Anım Günündə çıxış edərək bildirmişdi: “Bu gün biz özümüzə sual verməliyik: bizim, bu Assambleyanın bütün dünyada soyqırımına qarşı mübarizəsi səmərəlidirmi?.. Bizim mübarizəmiz Bosniyada kifayət qədər səmərəli oldumu? Bu, Xocalıda insanların faciəvi ölümün qarşısını alınmasında nəticə verdimi? Biz taliblərin əfqanlıları qətlə yetirməsinin qarşısını ala bildikmi? Bizim səylərimiz Suriyada səmərəlidirmi? Bəs, Nigeriyada?”.
Fevralın 26-da İsrailin Akko şəhərində “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilmiş anım mərasimində iştirak edən İsrailin xarici işlər naziri Aviqdor Libermanın da çıxışı Azərbaycan ictimaiyyəti tərəfindən alqışlandı: “Bəşəriyyət tarixində faciələr az deyil. Onları unutmaq olmaz, lakin təəssüf ki, heç də hamı onları xatırlamır və lazımi nəticə çıxarmır. Bu gün biz İsrail və Azərbaycanın kədərli təcrübəsini birləşdirməyə toplaşmışıq ki, gələcəkdə belə faciələrə yol verilməsin”.
Doğrudur, Xocalı faciəsi İsrail parlamenti - Knesset tərəfindən soyqırımı kimi tanınmayıb. Lakin, artıq yuxarıdakı çıxışlardan görünür ki, İsrailin ali rəhbər vəzifəli şəxsləri bu qətliamı soyqırımı kimi tanıyır və qəbul edirlər. Bu isə öz növbəsində İsrail Dövlətinin Xocalı soyqırımını tanıması anlamına gəlir.
Qeyd edək ki, İsrailin dövlət rəsmiləri tərəfindən Xocalı soyqırımı ilə bağlı bu kimi fikirlərin söylənilməsi Azərbaycan ictimaiyyəti tərəfindən olduqca müsbət qarşılanıb. AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əfsun Sucayev bizimlə söhbətində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətindəki aparılan işlərin həm kəmiyyət, həm də keyfiyyətinin artdığını dedi: “Bu da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilən müxtəlif təbliğat tədbirlərinə getdikcə artan maraqdan irəli gəlir. Həmin tədbirlər tədricən öz nəticələrini də verməkdədir. Təkcə bu il ABŞ-ın 3 ştatı Xocalı soyqırımını rəsmən tanıyan qətnamə qəbul edib. “Xocalıya ədalət” kampaniyası hazırda 100 ölkədə aparılır”. Əfsun Sucayevə görə, bu ölkələr içərisində İsraildə aparılan tanıtım tədbirləri xüsusilə seçilir: “Bu dəfə İsrailin Akko şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi və sərginin daha geniş keçirilməsinin şahidi olduq. Çünki bu tədbirdə İsrailin xarici işlər naziri Aviqdor Libermanın iştirakı baş verib. Bu fakt özlüyündə İsrailin dövlət səviyyəsində bu soyqırımı tanıması anlamına gəlir. Bu da başa düşüləndir. Çünki İsrail tarixdə soyqırımına məruz qalan bir ölkə olub”. Onun fikrincə, artıq növbəti hədəf gələn il “Xocalıya ədalət” sərgisini Knessetin binasında təşkil etməkdir: “Bu, bizdə ümid yaradacaq ki, yaxın zamanlarda İsrail Knesseti Xocalı faciəsini rəsmən soyqırımı kimi tanıyacaq”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info