Xəzərin statusu ilə bağlı Konvensiyanın 80 faizə qədəri razılaşdırılıb
Tarix: 06.03.2015 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


“Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”. Bu fikri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın hazırlanması ilə bağlı Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupun Bakıda keçirilən 39-cu iclasının nəticələri barədə keçirilən mətbuat konfransında söyləyib.
Nazir müavini konvensiya layihəsi üzrə geniş müzakirələrin aparıldığını söyləyib: “Nəzərə alsaq ki, bu, Həştərxan sammitindən sonra işçi qrupunun ilk görüşü idi, təbii ki, gündəlikdə olan əsas məsələ həmin sammitin nəticələri, sammitdə dövlət başçıları tərəfindən əldə olunmuş razılaşmalar və qərarların həyata keçiriləsi idi. Bildiyiniz kimi, Həştərxan sammitində dövlət başçılarının qəbul olunmuş Birgə Bəyannaməsində Xəzər dənizinin bir çox prinsipial məsələlərinə dair vacib razılaşmalar əldə olunub və biz bu razılaşmaların konvensiya layihəsinin müvafiq müddəalarında əksini tapması üçün tədbirlər görmüşük. Bugünkü nəticələr bütün Xəzəryanı dövlətlərin nümayəndələri tərəfindən müsbət qiymətləndirilib, konvensiya layihəsində vacib əhəmiyyət kəsb edən bir çox müddəalar üzrə razılaşmalar bütün nümayəndələr tərəfindən təsdiq olunub və bunlar konvensiya layihəsində əksini tapıb”.
X.Xələfov bildirib ki, həm Bakı, həm Həştərxan sammitlərindən sonra Xəzər dənizinin hüquqi statusuna dair bir çox vacib məsələlər öz həllini tapıb. Bu məsələlər içərisində su səthinin bölünməsi, hüquqi rejimlərin razılaşdırılması, təhlükəsizlik məsələləri, gəmiçiliyə aid olan məsələlər, bioloji resursların qorunması və istifadə olunmasına aid məsələlər, fövqəladə hallarla bağlı, hidrometereologiya ilə bağlı məsələlər həm konvensiya layihəsi, həm də imzalanmış bir çox sazişlər vasitəsilə xəzəryanı ölkələrin əməkdaşlığını və fəaliyyətini təmin edir və tənzimləyir: “Hazırkı mərhələ yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Əldə edilən razılaşmalar onu deməyə imkan verir ki, biz yaxın zamanda statusla bağlı məsələləri demək olar ki, bütün xəzəryanı dövlətlər arasında razılaşdırıb başa çatdırmağa nail olacağıq. Həştərxan sammitində dövlət başçıları xüsusi qeyd etmişdilər ki, növbəti sammitə, yəni 2016-cı ildə Astanada keçiriləcək sammitə qədər konvensiya layihəsinin bütün maddələrini tam razılaşdırıb başa çatdıraq və belə bir tarixi hadisə Həştərxan sammitində baş versin və konvensiya layihəsi bütün dövlətlər tərəfindən imzalansın. Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələlər, xəzəryanı ölkələrin bu dənizdə fəaliyyəti və qarşılıqlı əməkdaşlıq məsələlərinin tənzimlənməsi bütün dövlətlər üçün əhəmiyyətli məsələlərdir. Ona görə də bütün müzakirələrimizdə Xəzəryanı dövlətlərin buna səy göstərdiklərinin şahidi oluruq. Budəfəki müzakirələrin nəticəsi də bunu bir daha sübut etdi”. Diqqətə çatdırılıb ki, işçi qrupunun növbəti görüşü Tehranda keçiriləcək. Nazir müavini deyib ki, artıq 20 il ərzində aparılan müzakirələr yaxın zamanda yekun razılığın əldə olunmasına münbit şərait yaradacaq. Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın əksər maddələri, demək olar ki, ümumilikdə 80 faizə qədəri razılaşdırılıb. Bəzi maddələr üzrə detalların razılaşdırılması üçün də Astana sammitinə qədər işçi qrupunun görüşləri davam etdiriləcək: “Təhlükəsizlik məsələləri də vacibdir. Xəzər dənizində qarşılıqlı etimadın artırılması, bütün ölkələrin təhlükəsizlik məsələlərində imkanların artırılması, ölkələr arasında əməkdaşlığın möhkəmlənməsi istiqamətində bir çox müddəalar layihədə öz əksini tapıb. Əlbəttə, tam razılaşmanın əldə olunması üçün növbəti görüşlərdə də bu məsələlər diqqət mərkəzində olacaq”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Sondakika.com”: “Sumqayıtda açılan zavod dünyada ən müasir müəssisə xüsusiyyətinə malikdir”
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info