20 min məcburi köçkün ailələri üçün yeni yaşayış kompleksləri tikilir
Tarix: 06.03.2015 | Saat: 16:32:00 | E-mail | Çapa göndər


Ötən il Azərbaycanda 4450 ailə və ya 22 min nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bu, Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında əksini tapıb. Ümumiyyətlə, 2001-2014-cü illər ərzində qaçqın və məcburi köçkün üçün respublikanın 30-dan artıq şəhər və rayonunda Dövlət Neft Fondu və digər mənbələrdən ayrılmış vəsait hesabına 2,8 milyon kvadratmetr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 89 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksi salınıb. Bunun da 2,5 milyon kvadratmetr yaşayış sahəsinə malik 84-ü, yaxud 94 faizi on 11 ildə inşa edilib. Beləliklə, indiyədək 46 min ailə və ya 230 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onlardan da 42 min ailə, yaxud 210 min nəfər (91 faiz) son 11 ilin payına düşür. Yeni qəsəbələrin salınmasına ümumilikdə Dövlət Neft Fondundan ayrılmış 1,8 milyard manat vəsaitin 1,761 milyard manatı, yaxud 98 faizi son 11 ildə istifadə edilib. 2014-cü ildə Dövlət Neft Fondundan ayrılan vəsaitin həcmi 2003-cü ilə nisbətən 15 dəfə çox olub.
Hazırda respublikanın 15 şəhər və rayonunda 20 min ailəlik qəsəbə, məhəllə və yaşayış komplekslərinin, o cümlədən Bərdə rayonunda 588, Füzuli rayonunda 1012 Sabirabad rayonunda 440, Qazax rayonunda 300, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Bakı şəhəri, Pirallahı rayonu ərazisində 330, Tərtər rayonunda 1170, Şirvan şəhərində 685, Ağdaş rayonunda 320, Beyləqan rayonunda 146, Zaqatala rayonunda 135, Bakı şəhəri, Qaradağ rayonunun Ümid qəsəbəsində 300 məcburi köçkün ailəsinə yeni qəsəbə, məhəllə və ya yaşayış komplekslərinin, Bakı şəhəri, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış məhəlləsinə bitişik ərazidə əlavə 2 ədəd 40 mənzilli və Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsi yaxınlığında məcburi köçkünlər üçün salınmış 450 ailəlik yaşayış qəsəbəsinin ərazisində 80 mənzilli beşmərtəbəli yaşayış binalarının tikintisi, həmçinin Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisindən ayrılmış 500 hektar torpaq sahəsində Qobu Məcburi Köçkün Yaşayış Massivinin salınması ilə bağlı layihələndirmə işləri həyata keçirilir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Neftçalanın Ərəbqardaşbəyli kəndinə təbii qaz verilib
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info