“Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidir“
Tarix: 06.03.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


"Bu gün Azərbaycanın ali təhsil müəssisələrində lazımsız yüklənmə, süni ixtisarların, istiqamətlərin artımı kimi mövzular müzakirə edilməlidir". Bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində çıxış edərkən deyib. Tələbənin il ərzində mənimsəmə imkanının onun akademik yüklənməsinin həcminə bağlı olduğunu vurğulayan nazirin sözlərinə görə, Azərbaycanda tələbənin akademik yükü eyni ixtisaslar üzrə digər ölkələrdə oxuyan tələbənin akademik yükündən təxminən 30 faiz çoxdur. Buna görə də ötən il ali məktəblərdə bir çox ixtisaslar üzrə akademik yük azaldılıb. M.Cabbarov bildirib ki, bu mövzularda məsələlərin həlli üçün bir çox hallarda qəti qərarlar tələb olunur və bu qərarlar da müzakirə edilməlidir.
Nazir bütün ali məktəb müəllimlərinin bu məsələnin həllində birgə çalışmasını da vacib sayıb: "Hamı sehrli açar axtarır və deyir ki, biz o bir səbəbi aradan qaldıraq və bundan sonra bütün işlər gözəl olacaq. Biz ali təhsil müəssisələrində həmin o sehrli açarın axtarışında olmayaq, hamımız o işlərin təkmilləşdirilməsi üçün çalışaq. Biz Təhsil Nazirliyi olaraq, hansı ali təhsil müəssisəsində, kollektivdə bu istəyi, bu mürəkkəb qərarların qəbul olunmasında iradəni görsək, ona dəstək də verəcəyik. Mürəkkəb qərarlar dedikdə heç də nəzərdə tutmuruq ki, bu, ədalətsizlik, kütləvi ixtisarlar olsun. Әsla. Biz nəzərdə tuturuq ki, ali təhsil müəssisələrində daha düzgün, optimal yollar axtarılmalıdır. Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidir".
M.Cabbarov onu da qeyd edib ki, Bolonya prosesinin tələblərinə də düzgün əməl etmək lazımdır. Onun sözlərinə görə, əmrlə Bolonya prosesinə keçmək olmaz: "Әmrlə Bolonya prosesi, yaxud hansısa akademik proqramın islahatı tətbiq oluna bilməz. Təhlillər apardıqda görürük ki, əksər ali məktəblər Bolonya prosesini tətbiq etdikdə 5 illik tədris proqramını 4 ilə sıxışdırıb. Bununla da səmimi olaraq inanıblar ki, Bolonya prosesi bizdən bunu tələb edib".

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
İyunda neçə gün evdəyik?
22.05.2019
İrandan Bakıya “Fokker 100“ təyyarələrinin uçuşu gözlənilir
22.05.2019
Bələdiyyə idarəçiliyində qadınların rolu artacaq
22.05.2019
Gömrük Akademiyasının tələbələri məhkəmə baxışının simulyasiyasını keçiriblər
22.05.2019
Fondun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirdiyi müsabiqənin qalibləri mükafatlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info