Qadınların ölkəmizin əmək bazarında iştirakı getdikcə artır
Tarix: 06.03.2015 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Azərbaycanda qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir

Azərbaycanda bütün sahələrdə olduğu kimi, əmək bazarında da qadınların rolu getdikcə artır və onlar öz əməyi ilə respublikamızın sosial-iqtisadi, ictimai-mədəni inkişafına öz dəyərli töhfələrini verirlər. Cari ilin 1 mart tarixinə olan məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində aktiv əmək müqaviləsi bildirişlərinin sayı 1 261 613 ədəddir ki, onların təqribən 47 faizi, yəni 592 275 ədədi məhz qadınlarla bağlanan əmək müqavilələridir. Bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur. Belə ki, 40-44 yaş qruplarında bağlanılmış 124 377 əmək müqaviləsinin 53,4%-i, 45-49 yaşlarında olan şəxslərlə bağlanılmış 142 173 əmək müqaviləsinin 54,1%-i, 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 51,6%-i qadınlarla bağlanıb. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 39,1%-i, ali təhsilli şəxslərin 47,8%-i, orta ixtisas təhsilli şəxslərin 61,4%-i, ilk peşə-ixtisas təhsilli şəxslərin 24,7%-i qadınlardır.
Hazırda ölkəmizdə qadınların çalışdığı əsas fəaliyyət sahələri təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Başqa sözlə, təhsil, səhiyyə və sosial xidmətlər sahələrində əmək müqaviləsi bağlanılanların 76%-78%-ini qadınlar təşkil edib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info