Montredə “altılıq” ölkələri və İran arasında görüş konstruktiv olub
Tarix: 06.03.2015 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


İsveçrənin Montre şəhərində Tehranın “nüvə proqramı” ətrafında “altılıq” ölkələri (BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya) və İran arasında martın 5-də başa çatan danışıqlar “faydalı və konstruktiv olub”.
Bu bəyanatla Avropa İttifaqının xarici siyasət xidməti çıxış edib. Danışıqlar zamanı müəyyən irəliləyişə və bir çox məsələlərdə daha yaxşı anlaşılmaya nail olduqlarını qeyd edən Avropa İttifaqının xarici məsələlər və siyasi təhlükəsizliyə dair ali nümayəndəsi Federika Mogeri “altılığın” qalan problemlər üzrə işləri davam etdirəcəyini və yaxında yenidən görüşəcəklərini də bildirib.
İran nümayəndələri isə gərgin işləri davam etdirdiklərini, irəliləyişin olduğunu, lakin bununla yanaşı, danışıqlar üçün ayrılan vaxtın iyunun sonlarında başa çatacağını nəzərə almağın vacibliyini vurğulayıblar. Onlar, həmçinin danışıqların növbəti mərhələsinin martın 15-20-nə planlaşdırıldığını və lazım olacağı təqdirdə bir qədər də uzadıla biləcəyini deyiblər.
Qeyd edək ki, 2014-cü ilin noyabr ayında “altılıq” ölkələri və İranın xarici işlər nazirləri Vyanadakı görüşdə Tehranın “nüvə proqramı” barədə razılaşmanın əldə olunması müddətini 2015-ci il iyunun axırına qədər uzatmağı qərara alıblar. Buna baxmayaraq, tərəflər martın axırına qədər mübahisəli məsələlərlə bağlı prinsipial siyasi razılaşmalara nail olmağı düşünürlər.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Parisdə “sarı jiletlilər“in aksiyasında 70-ə yaxın saxlanılan var
20.04.2019
Putin Şimali Koreya lideri ilə görüşəcək
19.04.2019
İranın təhlükəsizlik naziri: ABŞ-ın casus şəbəkəsi aşkar edilib
19.04.2019
‘‘Türkiyәnin tәhlükәsizliyinә әhәmiyyәt veririk’’
19.04.2019
Malinin baş naziri və hökuməti istefa verib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info