İŞİD qədim Assuriya şəhəri Nimrudu darmadağın etdi
Tarix: 06.03.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


“The Guardian”: “İŞİD son hücumunu dünyanın ən möhtəşəm arxeoloji və mədəni sərvətlərindən birinə qarşı gerçəkləşdirib”

İŞİD döyüşçüləri İraqda qədim Assuriya şəhəri olan Nimrudu talan edərək yerlə-yeksan ediblər. “The Guardian” yazır ki, bu barədə İraq hökuməti məlumat yayıb. Qeyd edilir ki, İŞİD özünün ən son hücumunu dünyanın ən möhtəşəm arxeoloji və mədəni sərvətlərindən birinə qarşı gerçəkləşdirib. Mosul şəhəri yaxınlığındakı tayfadan olan mənbə bildirib ki, İraqın İslamdan öncəki abidələrini və irsini “büdpərəstlik” hesab edən “cihadçılar” 3 min ildən çox yaşı olan və Dəclə çayı sahilində yerləşən qədim şəhəri talan ediblər. Nimruda qarşı bu barbar yürüşü İŞİD-in Mosuldakı heyrətamiz muzey heykəllərini və əsrarəngiz oymaları qırıb-sındırması ilə bağlı videonun yayılmasından cəmi bir həftə sonra baş verib. Qeyd edək ki, İŞİD-çilər Mosulu və ümumilikdə İraqın şimalının çox hissəsini ötən iyunda ələ keçiriblər.
İraqın turizm və qədim sərvətlər nazirliyi bildirib ki, qəddar terrorçu qruplar dünyanın iradəsinə və insan hissiyyatına qarşı dayanmaqda davam edir: “Onlar növbəti dəfə düşüncəsiz və yaramaz davranışları ilə Nimrud şəhərinə hücum ediblər və şəhəri ağır buldozerin ağzına veriblər və eramızdan 13 əsr öncəyə aid olan arxeoloji füsunkarlıqlara əl qoyublar, onları ələ keçiriblər”.
Qeyd edək ki, Mosuldan 20 mil cənubda yerləşən Nimrud təxminən eramızdan öncə, 1259-ci illərdə tikilib. Dörd əsr sonra isə Nimrud, öz zamanında ən güclü dövlət olan və müasir Misir, Türkiyə və İranı da əhatə edən neo-Assuriya imperiyasının paytaxtına çevrilib. Bu imperiyaya aid maddi qalıqların sağ qalmış bir çox abidələri illər öncə arxeoloqlar, xüsusilə də avropalılar tərəfindən aradan çıxarılıb. Buraya qanadlı öküzlər də daxildir. Bu öküz heykəlləri indi London Britaniya Muzeyində saxlanılır. Bundan başqa, yüzlərlə bahalı daşlar və qızıl parçaları arxeoloqlar tərəfindən Bağdada aparılıb.
Amma qədim şəhərin İraqın şimalında yerləşən qalıqları 19-cu əsrdən başlayaraq ekspertlər tərəfindən qazılmaqda idi. Britaniyalı arxeoloq Maks Mallovan və onun arvadı, kriminaldan yazan yazıçı Aqata Kristi Nimrudda 1950-ci illərdə işləyiblər.
Yerli tayfadan olan mənbə “Reuters”ə bildirib ki, İŞİD üzvləri Nimrud arxeoloji şəhərinə gələrək ondakı dəyərli nəsnələri talan ediblər, şəhəri yerlə bir ediblər: “Oradakı qəsri, heykəlləri, divarları İŞİD tamamilə dağıdıb”.
Arxeoloqlar qədim İraq mədəniyyətinə qarşı bu barbar hücumunu 2001-ci ildə Bamyan Buddhasda Talibanın törətdiyi dağıntılarla müqayisə ediblər. Amma İŞİD təkcə qədim abidələri dağıtmayıb, onlar həm də özlərinə rəqib bildikləri müsəlmanların da ibadət yerlərinə amansızca zərər vurublar, dağıntılara məruz qoyublar.
Ötən həftə yayılan videoda İŞİD-çilərin heykəl və oymaları dəmir çəkic və burğularla darmadağın etdikləri görünür. Bundan başqa, onların Nergal Darvazasındakı böyük öküz heykəlinə necə xətər yetirdikləri də açıq görünür.
Arxeoloqlar bildiriblər ki, İŞİD-in vurduğu bu zərərin miqdarını hesablamaq çətindir. Çünki abidələrin bir çoxunun yalnız surəti orda olub. Amma onlarla birlikdə bir çox qiymətsiz arxeoloji predmetlər dağıdılıblar. Bu dağıdılanlar sırasına İraqın şimalında olan, 2 min ildən çox yaşı olan, heyrətamiz sütunlar şəhəri Hatrada olan abidələr də daxildir.
Məlum olduğu kimi, İŞİD özünü İraq və Suriyanın bir hissəsində xilafət elan edib və digər müsəlman təriqətlərinə qarşı amansız və qəddar davranmağı ilə yadda qalıb. Ötən iyulda onlar Yunus peyğəmbərin Mosuldakı qəbrini dağıtmışdılar. Onlar şiə ibadət yerlərinə hücum etməkdən əlavə, Mosul xristianlarına İslama dönmək üçün ultimatum vermişdilər və demişdilər ki, xristianlar ya dini xərac olan cizyə ödəməlidirlər, ya da qılıncla öləcəklər. İŞİD bundan başqa Mosulun qərbindəki Sincar dağlarında məskunlaşmış yezidi azlığını hədəfə alıb.
Qeyd edək ki, İŞİD-in əsas ilhamvericilərinin və belə barbar qrupların Şərq-müsəlman dünyasında ortaya çıxmasının əsas ssenaristlərinin Qərbə axtarılması heçdəəbəs deyil. İndiyə qədər müsəlmanlığın 1500 illik tarixi boyunca,heç vaxt abidələrə qarşı bu cür barbar davranışları nümayiş etdirilməyib. Yazıda da oxunduğu kimi, yalnız 19-cu əsrdən başlayaraq, avropalılar arxeoloji qazıntı adı altında bu cür abidələrə qarşı hər cür ekspedisiyalar təşkil ediblər. Onların arasında arxeoloqlarla yanaşı, antikvar dəllalları, soyğunçuları, quldurlar,macəra axtaranlar və sair avaralar olub. Təsadüfi deyil ki, bu abidələrin əsas qisimləri o vaxtdan Avropamuzeylərində peyda olmağa başlayıb.İndinin özündə də Avropa muzeylərindən əlavə, Qərbdə tarixi predmetləri əldə etmək istəyən antikvar kolleksionerləri və bu sahədə iştahları böyük olan milyarderlər az deyil.Və İŞİD-in bəzi abidələri ələ keçirməsi və mənimsəməsi məhz bu cür dəllallar üçün əlverişlidir. Belələri İŞİD-lə sövdələşməyə girərək, dağıntı səhnəsi yaratmaqla, antikvarları dəyər-dəyməzə daşıyıb apara bilərlər. Ona görə də gələcəkdə qədim İraqa məxsus hansısa tarixi abidənin orijinalının bir Qərbli milyarderin evindən çıxmasına təəccüblənmək lazım olmazdı…
Bundan başqa, avropasentristlərin Şərqin bütün orijinal mədəniyyətini inkar etdikləri və ideoloji cəbhə yaratdıqları bir şəraitdə, qədim Şərq mədəniyyətinə qarşı bu cür barbarlıqların haradan qaynaqlandığı barədə də çox baş sındırmaq lazım gəlmir… Misir piramidalarını “misirlilərin yox, hansısa yadplanetlilərin tikdiyini”, Evklid həndəsəsindəki əsas teoremlərin əsl müəllifləri olan Misir kahinlərinin əslində “hesablama bilmədikləri, yalnız əşyaları qatlamaqla bucaq aldıqlarını” “kəşf edən”lərin ayaq aldığı dünyada hər cür müdaxilələr mümkündür…

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info