“Dövlətin idarə olunmasında gənclərin rolu” mövzusunda dəyirmi masa
Tarix: 06.03.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının təşəbbüsü ilə “Dövlətin idarə olunmasında gənclərin rolu” mövzusunda dəyirmi masa keçirilib. Universitetin müxtəlif fakültələrində təhsil alan, elmi-ictimai, siyasi fəallıqları ilə seçilən tələbə gənclərin iştirak etdiyi dəyirmi masada YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Kamal Camalov giriş sözü ilə çıxış edərək gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında müstəsna rol oynadığını bildirib, bunu dövlətin gənclər siyasətinin uğurları kimi dəyərləndirib. Qeyd olunub ki, artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib. Ölkə gəncləri demokratikləşmə prosesində fəal iştirak edir, ən müxtəlif sahələrdə parlaq nailiyyətlər qazanır, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak edirlər. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov tələbə gəncləri salamlayaraq qeyd edib ki, dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi peşəkar kadrların yetişdirilməsindən, gənclərin cəmiyyətin bütün sferalarında iştirakından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdən biridir. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb. Təsadüfi deyil ki, artıq respublikamızda fəaliyyət göstərən gənclər təşkilatları, ictimai birliklər ölkəmizdə vətəndaş cəmiyyətinin qurulmasına töhfələrini verirlər. Anar İbrahimov tələbə gəncliyə vətənpərvər ruhda, qətiyyətli dövlətçilik mövqeyinə, sağlam əqidəyə malik, cəmiyyətə layiqli vətəndaş kimi yetişməyi tövsiyə edib. Maraqlı diskussiya şəklində keçən dəyirmi masada gənclərin hüquq və azadlıqları, siyasi mövqeləri, qloballaşmaları və milli ideologiyaya malik olmaları, idarəetmədə irəli çəkilən gənclərin vəzifələri, ali təhsil dövründə siyasi biliklərin dolğun mənimsənilməsi ilə bağlı məsələlər müzakirə olunub. Universitetin Tələbə İdman Şurasının sədri, Pedaqogika ixtisası üzrə III kurs tələbəsi Nicat Allahverdiyev, hüquq ixtisası üzrə IV kurs tələbəsi Vüsal Məmmədov, yarımkeçiricilər fizikası ixtisası üzrə magistraturanın I kursunda təhsil alan Elgün Tağıyev, fransız dili müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aytən İsmayılova, Dünya iqtisadiyyatı ixtisasının III kurs tələbəsi Emil Zamanlı və digər tələbələrin fəal iştirakı ilə keçən müzakirədə bildirilib ki, Azərbaycanın gənclərlə bağlı dövlət siyasətinin müəyyənləşdirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ümummilli lider Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmağı, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltməyi, paytaxt və regionlarda yaşayan gənclərin fikir mübadiləsinə şərait yaradılmasını daim diqqət mərkəzində saxlamışdır. Məhz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin uğurlu davamının nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai-siyasi həyatında aktiv iştirakla paralel, beynəlxalq miqyasda da əhəmiyyətli uğurlar qazanırlar. Prezident İlham Əliyev tərəfindən 2005-ci ildə imzalanmış "Azərbaycan Gəncliyi 2005-2009-cu illərdə" və 2011-ci ildə imzalanmış "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları dövlət başçısının Azərbaycan gəncliyinə münasibətinin birbaşa təzahürüdür. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi Anar İbrahimov, YAP Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri Kamal Camalov və təşkilatın sədr müavini, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov, eləcə də universitet müəllimləri tələbələri maraqlandıran sualları cavablandırıblar.Dəyirmi masanın yekununda qərara alınıb ki, mütəmadi
şəkildə, ayda bir dəfə, müxtəlif səpgili mövzülara həsr olunmuş beynəlxalq klub keçirilsin, tələbələrin siyasi yetginliyinə, informasiya, siyasi, elmi bilik və təcrübələrin bölüşdürülməsinə nail olunsun.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info