Azərbaycanlı xanımlar Moskvada dəyirmi masa keçiriblər
Tarix: 06.03.2015 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Moskvada Beynəlxalq Qadınlar Günü- 8Mart münasibəti ilə diasporumuzun qadınlarını dəyirmi masa arxasına Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf Fondu və Azərbaycan Slavyan Gənclər Assosiasiyasının Rusiya nümayəndəliyi toplayıb. Bayram masası da elə təşkilatçılar Fond rəhbəri Şamil Tağıyev və Assosiasiyanın Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdiyev tərəfindən təbrik nitqləri ilə açılıb. Şamil Tağıyev qeyd edib ki, Şərqdə ilk dəfə Azərbaycanda qadınlara seçki hüququ verilib, eləcə də ilk qızlar gimnaziyası açılıb. O, çıxışında Qarabağda şəhid olan qadınların rolu vurğulanıb. Toğrul Allahverdiyev Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinin nümunə olduğunu deyib. O, qadınların diaspor həyatındakı önəmindən danışaraq AMOR-un rəhbəri Leyla Əliyevanın Rusiyadakı fəaliyyətinə diqqət çəkib.
Dəyirmi masa şairə, publisist Afaq Şıxlının cıxışı ilə davam etdirilib. Tədbirin mahiyyətini qeyd edən şairə, Azərbaycan qadınlarının bayramını təbrik edib. Çıxışçılar ilk öncə öz peşələri, Azərbaycan diasporunun Rusiya cəmiyyətinin həyatında oynadığı rolu qeyd ediblər. Azərbaycan tarixində, elmində, mədəniyyətində, siyasətində qadınların oynadığı rol qeyd olunub. “Hər güclü bir kişinin arxasında güclü bir qadın dayanır” ifadəsi də tədbirin əsas lozunqlarından olub. Maraqlı məqamlardan biri də 8 ildir Moskvada müəllimə kimi fəaliyyət göstərən Bella Musayevanın Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Əməkdar müəllim adı verilməsi olub. Tədbir çərçivəsində, həmçinin, Rusiyada “Qadınlar Klubu” da yaradılıb. Gizli səsvermə nəticəsində səkkiz qadın klubun məsləhət Şurasına üzv seçilib. Klubun məqsədi isə Rusiya-azərbaycanlı qadınları bir araya toplamaq, problemləri müzakirə etmək, qadınların cəmiyyətin sosial həyatında yaxından iştirakını təmin etmək olub. Sonda təşkilatçılar adından qadınlara hədiyyələr verilib. Xatirə şəkli çəkilərək bayram süfrəsinə dəvət olunublar.
Fuad




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
19.09.2018
Yol polisi sürücülərə müraciət edib
19.09.2018
Qaxın daha bir kəndi qazlaşdırılıb
19.09.2018
“Azərsu“: Bu il 21 rayon içməli su ilə təmin olunacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info