Futbola dair yeni dövlət proqramı qəbul ediləcək
Tarix: 07.03.2015 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Premyer Liqada limit dəyişmədi, 21 yaşlı futbolçular 30 min manat, 23 yaşlılar isə 50 min manatdan artıq illik gəlir əldə edə
bilməyəcək

Dünən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat konfransı keçirilib. Maliyyə hesabatı təqdim olunduqdan sonra “Avro-2020”nin final mərhələsinin oyunlarına Bakı şəhərinin ev sahibliyi etməsi haqqında videoçarx göstərilib. Tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev çıxış edərək Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışmış, ölkə futbolunda kütləviliyin təmin olunması istiqamətində həyata keçirilmiş layihələr barədə məlumat verib.
AFFA-nın prezidenti qeyd edib ki, “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkəmizdə uğurla həyata keçirilir: “Ölkə Prezidenti cənab İlham Əliyevin qarşımıza qoyduğu tələblərin bir çoxu artıq yerinə yetirilib". O, 2020-ci ildə Avropa çempionatının keçirilməsi üçün təklifi qısa zamanda hazırladıqlarını bildirib: "UEFA bu təklifimizi qəbul etdi. Nəticədə “Avro-2020”-nin üç qrup və bir 1/4 final oyunu Bakıda keçiləcək. Bu, Azərbaycan futbolu adına böyük hadisədir”. R.Abdullayev qarşıya qoyulan vəzifələri yerinə yetirib, etimadı doğrultmağa çalışacaqlarını söyləyib: "Prezidentə bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm. Dövlətimiz bizə böyük köməklik göstərdi ki, bu da birgə görülən işin nəticəsidir”. Hesabat Konfransında yeni komitənin yaradılması haqda qərar qəbul edib. Yeni komitə Apelyasiya və Arbitraj Komitəsi adlanacaq. AFFA İcraiyyə Komitəsinin iki yeni üzvü müəyyənləşib. Konfransda Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və İctimai Futbol Təşklatları İctimai Birliyi tərəfindən təhsil nazirinin müavini Firudin Qurbanov İcraiyyə Komitəsinin üzvləri seçilib. Xatırladaq ki, Ələkbər Məmmədov dünyasının dəyişdiyi, Elmar Qasımov isə istefa verdiyi üçün İcraiyyə Komitəsində iki yer boş qalmışdı. AFFA-nın baş katibi Elxan Məmmədov konfransda deyib ki, Azərbaycan futbola dair yeni dövlət proqramı qəbul edəcək. O bildirib ki, yeni proqram üzərində hazırda iş gedir və 3 ay ərzində yeni futbol proqramı hökumətə təqdim ediləcək. Elxan Məmmədov millinin oyunundan razı qalmadıqlarını deyib: “Azərbaycan milli komandası son zamanlar uğursuz çıxış edərək bizi məyus edir. Millimizin FİFA reytinqində geriləməsi bizi təəssüfləndirir. Əvəzində , 17 və 19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit raunduna vəsiqə qazandı. Bundan başqa "Mançester Yunayted"in yay futbol məktəbi Azərbaycanda fəaliyyətə başladı. Belə böyük futbol brendinin Azərbaycanda olması çox vacib haldır. Qeyd edim ki, 153 uşaq və 113 məşqçin yeni yaradılan U-10 liqasına cəlb edilib”. E.Məmmədov qeyd edib ki, son illər “Neftçi” və “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynaması sevindirici haldır: "Bu, Azərbaycan futbolunun bir qədər sabitliyindən xəbər verir. Onu da deyim ki, “Qarabağ” Avroliqada mübarizəni dayandırsa da, azarkeşlərin qəlbində qalib oldu”. AFFA-nın baş katibi qarşıda duran əsas məqsədlərdən də danışıb: "Əsas məqsədimiz "Avro-2020”in dörd oyununu Bakıda yüksək səviyyədə təşkil etmək və bizim də bu çempionata vəsiqə qazanmağımızdır". Qeyd edək ki, 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasında yarışacaq komandaların sayı müəyyənləşib. İclasdan sonra federasiya prezidenti Rövnəq Abdullayev bildirib ki, bu mövsüm çempionatda sonuncu yeri tutan iki komanda birinci diviziona düşəcək. Birinci diviziondan isə iki klub Premyer Liqaya yüksələcək. Qeyd edək ki, legioner limitində də dəyişiklik edilməyib. Növbəti mövsümdə də limit indiki kimi qalacaq: 6+4+1. AFFA-nın prezidenti mühüm qərarlar qəbul edildiyini bildirib: “Böyük fikir ayrılığına səbəb məsələ 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı oldu. Klublar Komitəsi və Məşqçilər Komitəsinin tövsiyələrini nəzərə alaraq qərar qəbul etdik". AFFA prezidenti 21 və 23 yaşlı futbolçuların müəyyən edilmiş məbləğdən artıq gəlir əldə edəcəkləri təqdirdə cəzalandırılacaqlarını bildirib: "21 və 23 yaşlı futbolçuların maaşlarına hədd qoymaq qərarı verdik. 21 yaşlı futbolçular 30 min manat, 23 yaşlılar isə 50 min manatdan artıq illik gəlir əldə edə bilməz. Əgər bu baş versə, futbolçu bir illik cəzalanacaq, klubun isə xalı silinəcək". Premyer Liqa oyunlarının yayım məsələsinə də toxunan R.Abdullayev deyib: "Artıq gələn mövsüm çempionat oyunlarının yayımlanması üçün tender keçiriləcək. Tenderin qalibi teleyayım hüququna yiyələnəcək. Yayımdan əldə olunan gəlir klublar arasında eyni bölünəcək. Klubların reytinqi də nəzərə alınacaq. Maliyyənin müəyyən hissəsi PFL-də saxlanılacaq".




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info