Ermənistanın İsrail Prezidentinə bəslədiyi ümidlər puça çıxdı
Tarix: 07.03.2015 | Saat: 00:27:00 | E-mail | Çapa göndər


Nalbandyanla görüş zamanı İsrail Prezidenti də “erməni soyqırımı”nın tanınmasına dəstək verməkdən imtina edib

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İsrailə səfəri uğursuzluğa düçar olub. Onu Prezident Reuven Rivlindən başqa İsrail Dövlətinin heç bir rəsmi şəxsi qəbul etməyib. AZƏRTAC İsrail mətbuatına istinadla xəbər veririk, bu ölkədə prezident postu rəmzi xarakter daşıyır və real hakimiyyət hökumət başçısının əlində cəmləşir.

Ermənistan XİN rəhbərini İsraildə ölkə prezidentindən başqa heç bir rəsmi şəxs qəbul etməyib

Amma nə Baş nazir Benyamin Netanyahu, nə də xarici işlər naziri Aviqdor Liberman E. Nalbandyanla görüşməyiblər. Təsadüfi deyil ki, E.Nalbandyanın İsrailə səfəri haqqında yeganə informasiya Ermənistan Xarici İşlər Nazirliyinin saytında verilib. Əslində bu, Ermənistan diplomatiyasının tam iflasıdır. Belə ki, ermənilər uydurma soyqırımının “100 illiyi”nin tamam olduğu 2015-ci ildə ən çox İsrailə ümid bəsləyirdilər. Onlar “erməni soyqırımı”nın tanınmasının tərəfdarı hesab etdikləri Reuven Rivlinin prezident seçilməsinə çox sevinmişdilər. Amma E.Nalbandyanla görüş zamanı İsrail Prezidenti də “erməni soyqırımı”nın tanınmasına dəstək verməkdən imtina edib. Beləliklə, E.Nalbandyan İsrailə səfərdən əliboş qayıdıb. Bu, Azərbaycanın strateji tərəfdaşından Ermənistana tutarlı bir zərbə olub. Onu da xatırladaq ki, İsrail Prezidenti Reuven Rivlin bu yaxınlarda BMT-nin Baş Məclisində Beynəlxalq Holokost Qurbanlarını Anma Günü ilə əlaqədar keçirilən tədbirdəki çıxışında dünyada törədilən soyqırımları və kütləvi qətllər barədə danışarkən onların arasında Xocalı soyqırımını da qeyd etmişdi.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info