Avstriya Azərbaycanla İKT sektorunda əlaqələri genişləndirəcək
Tarix: 07.03.2015 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb. Azərbaycan ilə Avstriya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün istiqamətlərə nüfuz etdiyini deyən nazir Əli Abbasov digər sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb.
İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri, perspektivlərdən də söz açıb.
Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən Aksel Vex ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq, əməkdaşlıq üçün geniş imkanların olduğunu deyib. Səfir ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən İKT sektorunda da genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Avstriyalı diplomat nazir Əli Abbasovun “Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya”nın sədri kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, münasibətlərin inkişafına təkan verən komissiyanın iyunun 1-3-də Bakıda keçiriləcək növbəti iclasında qarşılıqlı investisiya qoyuluşlarının müzakirəsinin, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes forumun təşkilinin məqsədəuyğunluğundan danışıb. Səfir Aksel Vex ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini də qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info