“Dünyadakı dalğalanma Türkiyəyə də sirayət edib”
Tarix: 07.03.2015 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Dolların ən çox bahalaşdığı ölkələrin siyahısına Braziliya, Türkiyə və Bolqarıstan başçılıq edir

Dünya bazarında ötən ilin avqustundan başlayaraq neftin qiymətinin ucuzlaşması fonunda dolların dəyəri artmaqda davam edir.
Onu da qeyd edək ki, məsələn, Qazaxıstanda dollarlaşma 70%-i üstələyib. Bunun əsas səbəbi kimi kəskin devalvasiya və əhali tərəfindən öz milli valyutalarına olan marağın itirilməsi göstərilir. Ölkəmizdə bu sahədə baş verən prosesin səbəbi kimi isə iqtisadi artımı stimullaşdırmaq göstərilir ki, çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir.
Bu bir faktdır ki, dolların bahalaşması bir çox dünya ölkəsində də müşahidə edilir. Son günlər isə bu istiqamətdə ən yüksək məzənnənin müşahidə edildiyi ölkələr sırasında Türkiyə də yer alıb. Belə ki, burada türk lirəsi yeni ildən başlayaraq dollar qarşısında 10 faiz dəyərini itirib. Artıq dünən dollar burada 2.62 lirə olub. Əhali isə 1994 və 2001-ci il iqtisadi böhran illərində olduğu kimi dollar almaq məqsədilə birjalara axın edir. Dolların hər gün yüksəlməsi bazarlarda “Türkiyə hər gün devalvasiya yaşayır” fikrini də ortaya çıxarıb. Bu yüksəlmə ilə bağlı Türkiyə Mərkəzi Bankı 2 yanvar - 4 mart tarixlərində bazarı sakitləşdirmək məqsədilə dövriyyəyə 1,8 milyard dollar buraxıb. Türkiyə prezident aparatının baş məsləhətçisi Yiğit Bulut isə bildirib ki, dollar bu gün dünya valyutası qarşısında son 11 ilin ən yüksək səviyyəsinə yüksəlib. Başda avro olmaqla bütün valyuta növləri bu yüksəlişə qarşı dura bilmir. Onun fikrincə, qlobal mənada “avro dönəmi bitib, dollar dövrü başlayıb”. “Milliyet” qəzetinin yazdığına görə, mütəxəssislər risk faizinin il sonuna kimi 2,80 lirəyə qədər yüksələ biləciyini deyirlər. Qeyd edək ki, bu günlərdə baş nazir Əhməd Davudoğlu da Türkiyədə dolların kursunun yüksəlməsi ilə bağlı fikirlərini bildirib. Baş nazirin sözlərinə görə, bu, dolların digər valyutalara nisbətən yüksəlməsi ilə bağlıdır. O, bununla əlaqədar Türkiyədə dollarla bağlı bütün qurumların lazımi tədbirlər həyata keçirdiklərini bildirib və qeyd edib ki, bu məqsədlə Mərkəzi Bank rəhbəri ilə görüşüb. Davudoğlunun sözlərinə görə, baş verənlər dünyadakı ümumi bir dalğalanmanın Türkiyəyə də sirayət etməsi ilə bağlıdır. Qeyd edək ki, dolların ən çox bahalaşdığı ölkələrin siyahısı dərc olunub. Baxmayaraq ki, ölkəmizdə də dolların kursunda dəyişiklik müşahidə olunur, amma Azərbaycanın adı bu siyahıda yoxdur. Çünki ölkəmizdə baş verən bu proseslər Mərkəzi Bankın nəzarəti altında həyata keçirilir. Xatırladaq ki, həmin siyahıda Braziliya realı ilk sırada yer alır. İkinci sırada türk lirəsi, üçüncü yerdə isə Bolqarıstan levi yer alır. Mütəxəssislər, ümumiyyətlə, son 2 həftədə dolların məzənnəsinin dünya miqyasında yüksəldiyini deyirlər. Siyahıda 4-cü sırada Çex koronu, 5-ci yerdə Rumıniya ronu yer alır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
22.07.2019
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info