“Elmi tədqiqat işi aparan alimə stimul verilməlidir”
Tarix: 07.03.2015 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Mikayıl Cabbarov: “Əksər ali məktəblər 5 illik tədris proqramını 4 ilə sıxışdırıb və səmimi olaraq inanıblar ki, Bolonya prosesi bizdən bunu tələb edib”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsi binasının əsaslı təmirdən sonra açılışı olub. Açılışda təhsil naziri Mikayıl Cabbarov, universitetin professor-müəllim heyəti və tələbələr, QHT rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. Qırmızı lent kəsildikdən sonra qonaqlar yenidənqurma işləri ilə tanış olublar. Təhsil nazirinə məlumat verilib ki, ötən əsrin 30-cu illərində inşa olunmuş binanın əsaslı təmirinə 2014-cü ilin avqustunda başlanıb. Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş tikinti işləri müasir infrastrukturun yaradılması üçün tələb olunan qaydalara uyğun aparılıb.

“Biz müasir universitet qurmalıyıq”
Təhsil naziri Mikayıl Cabbarov ölkədə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıb.
Nazir bildirib ki, bu gün ali təhsildə kütləviləşmə yaranıb və ali məktəblər fəaliyyətlərini buna uyğun olaraq qurmağı bacarmalıdır. Nazirin sözlərinə görə, ali məktəblər də bu günün çağırışlarına cavab olaraq müasir tədris texnologiyalarından istifadə etməklə öz təhsil sistemlərində keyfiyyətin yüksəldilməsi üçün yeniliklər tətbiq etməlidirlər.
M.Cabbarov qeyd edib ki, əgər 30 il əvvəl Azərbaycanda hər 100 məzundan 15-20-si ali məktəbə qəbul olurdusa, bu gün artıq hər 100 məzundan təqribən 40-ı tələbə olur. Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsinin qarşıda duran ən mühüm vəzifələrdən biri olduğunu deyən nazir bildirib ki, lakin təhsilin keyfiyyətinin yüksəldilməsi yalnız maddi-texniki bazanın gücləndirilməsi ilə bitməməlidir: “Biz müasir universitet qurmalıyıq. Ancaq ilk növbədə müasir universitetin standartı müəyyənləşməlidır, yəni biz müasir universitet dedikdə nəyi nəzərdə tuturuq”. Təhsil naziri deyib ki, bu gün universitet müəllimlərinin maddi təminatlarının qurulması da vacibdir. Əks halda, yenidən xarici ölkələrə beyin axını baş verə bilər.

“Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidir"
Nazir onu da bildirib ki, bu gün Azərbaycanın ali təhsil müəssisələrində lazımsız yüklənmə, süni ixtisarların, istiqamətlərin artımı kimi mövzular müzakirə edilməlidir. Tələbənin il ərzində mənimsəmə imkanının onun akademik yüklənməsinin həcminə bağlı olduğunu vurğulayan nazirin sözlərinə görə, Azərbaycanda tələbənin akademik yükü eyni ixtisaslar üzrə digər ölkələrdə oxuyan tələbənin akademik yükündən təxminən 30 faiz çoxdur. Buna görə də ötən il ali məktəblərdə bir çox ixtisaslar üzrə akademik yük azaldılıb: "Hamı sehrli açar axtarır və deyir ki, biz o bir səbəbi aradan qaldıraq və bundan sonra bütün işlər gözəl olacaq. Biz ali təhsil müəssisələrində həmin o sehrli açarın axtarışında olmayaq, hamımız o işlərin təkmilləşdirilməsi üçün çalışaq. Biz Təhsil Nazirliyi olaraq, hansı ali təhsil müəssisəsində, kollektivdə bu istəyi, bu mürəkkəb qərarların qəbul olunmasında iradəni görsək, ona dəstək də verəcəyik. Mürəkkəb qərarlar dedikdə heç də nəzərdə tutmuruq ki, bu, ədalətsizlik, kütləvi ixtisarlar olsun. Əsla. Biz nəzərdə tuturuq ki, ali təhsil müəssisələrində daha düzgün, optimal yollar axtarılmalıdır. Ali məktəblər özləri hazırladığı tələbələrə, magistrlərə daha çox diqqət yetirməlidir". M.Cabbarov onu da qeyd edib ki, Bolonya prosesinin tələblərinə də düzgün əməl etmək lazımdır. Onun sözlərinə görə, əmrlə Bolonya prosesinə keçmək olmaz: “Təhlillər apardıqda görürük ki, əksər ali məktəblər Bolonya prosesini tətbiq etdikdə 5 illik tədris proqramını 4 ilə sıxışdırıb. Bununla da səmimi olaraq inanıblar ki, Bolonya prosesi bizdən bunu tələb edib".

“Elmi tədqiqat işi aparan alimə
stimul verilməlidir”

M.Cabbarov qeyd edib ki, Azərbaycanda elmi tədqiqat işi aparan alimə stimul verməliyik və bu stimulu axtarmalıyıq: “Artıq elmi mühitdə əmr vermədən qarşılıqlı maraq yaratmaq münasibətinin formalaşdırılmasına çalışmaq lazımdır: "Xaricdə təhsil almaq üçün nəzərdə tutulan dövlət proqramına ölkənin ən istedadlı tələbələri cəlb olunur. Biz 21-ci əsrdə onlara əmr edə bilmərik ki, hansısa xarici ali məktəbin məzunu olduqdan sonra Azərbaycana qayıdıb onun üçün maraqlı olmayan işdə çalışsın. Bunu təmin etmək üçün mexanizmimiz də yoxdur. İkincisi də dünya dəyişib və fərqlidir. Əgər biz həmin məzun üçün burada düzgün mühit yarada, onu elmi tədqiqatları aparmaq üçün lazımi işlə təmin edə, işəgötürən-işçi münasibətini və digər məsələləri tənzimləyə bilməsək, demək, rəqabətdə uduzacağıq. Ali təhsil sistemində qloballaşma çox yüksək sürətlə gedir. Əgər dünən ən yaxşı tədris üçün müəllim başqa ölkələrə gedirdisə, bu gün artıq tələbələr gedir. Hətta öz hesabına oxumaq üçün gedənlər də var". M.Cabbarov deyib ki, elmi işlə məşğul olmaq istəyən tələbənin marağının nə olduğu öyrənilməlidir: "Biz tələbədə maraq yaratmaqdan ötrü ona stimul verməliyik və bunun axtarışında olmalıyıq". Bu məsələlərlə bağlı AMEA rəhbərliyi ilə də müzakirələr apardığını deyən nazir qeyd edib ki, bütün nailiyyətləri əldə edən alimin öz işini, tədqiqat qaydasını dəyişməsi üçün bir səbəb olmalıdır. Buna görə alimə stimul verilməlidir. Nazir qeyd edib ki, ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb: "Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. Əslində bu o dərəcədə əhəmiyyətlidir ki, ali təhsil sistemində biz onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali təhsil sisteminin ixtisaslarında məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük. Biz görürük ki, tələbələrin bir qismi güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info