Gəncə “Asan xidmət“in könüllüləri tamaşa göstəriblər
Tarix: 10.03.2015 | Saat: 15:01:00 | E-mail | Çapa göndər


Zəngin mədəniyyəti və ziyalı potensialı ilə hər zaman şöhrətini qoruyub saxlayan Gəncədə bu gün teatr sənətinin inkişafına da xüsusi diqqət və qayğı göstərilir. Gəncənin bütün sahələrdə irəli getməsi, müasirləşməsi gənclərin fəallığına, təşəbbüskarlığına da geniş imkanlar yaradır. Bir vaxtlar idarə və müəssisələrdə, təhsil ocaqlarında yaradılan özfəaliyyət kollektivlərinin uğurlu çıxışları hamının yadındadır. Ətrafımızda gedən yüksəliş, yeniliklər yeniyetmə və gənclərin də qabiliyyət və bacarıqlarının, istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət kəsb edir. Bu günlərdə vətəndaşlara nümunəvi xidməti ilə seçilən Gəncə “Asan xidmət”in könüllülərinin atdığı uğurlu addım ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.
Könüllülər yazıçı-dramaturq Əbdürrəhimbəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” pyesini səhnələşdirərək, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında tamaşaçılara təqdim ediblər. Gənclərin aktyorluq bacarığı, səhnə mədəniyyəti tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, Gəncə “Asan xidmət”in rəhbəri Elnur Rzayev, “Asan xidmət” könüllüləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı çıxış edərək, bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, Azərbaycan brendi olan “Asan xidmət”in uğurlu fəaliyyətindən, gənclərin intellektual səviyyələrinin yüksəldilməsində elm, təhsillə yanaşı milli- mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin də xüsusi önəm daşıdığını vurğulayıblar. Könüllülərin bu təqdirəlayiq addımını dəstəkləyərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info