“Obama fiasko yolu ilə getmək qərarına gəlib”
Tarix: 10.03.2015 | Saat: 15:19:00 | E-mail | Çapa göndər


Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidentinin ölkəsində çevriliş etmək cəhdində günahlandırıb.
“Röyters”in verdiyi məlumata görə, Maduro canlı yayımda bəyan edib ki, Barak Obamanın məqsədi Venesuelaya hücum etmək və ölkəni nəzarətə götürməkdir.
“Obama fiasko yolu ilə getmək qərarına gəlib. O, yaddaşlarda Corc Buş kimi qalmaq istəyir”, - deyə o vurğulayıb.
Maduro imperializmə qarşı mübarizə və sabitliyin qorunub-saxlanılması üçün parlamentdən əlavə səlahiyyətlər istəyəcəyini də bəyan edib.
Xatırladaq ki, martın 9-da Obama Venesuela hökumətinin 7 üzvünə qarşı sanksiyaların tətbiqinə dair sənəd imzalayıb. Vaşinqton həmin şəxsləri Venesuela vətəndaşlarının hüquqlarını pozmaqda və korrupsiyada ittiham edir.

Bu arada Vaşinqtonun Venesuelanın 7 hökumət üzvünə qarşı sanksiyalar tətbiq etməsindən sonra rəsmi Karakas ABŞ-dakı səfirini geri çağırmaq barədə qərar qəbul edib.
“Gazeta.ru”-nun verdiyi xəbərə görə, bu barədə Venesuelanın xarici işlər naziri özünün “Twitter”-dəki səhifəsində yazıb.
“Biz Maksimilian Arvelası təcili olaraq məsləhətləşmələr üçün geri çağırırıq”, XİN başçısı qeyd edib.
Bundan əvvəl Venesuela ABŞ-ın qərarına cavab verəcəyini bildirmişdi.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib
22.01.2019
Praqada “gecə meri” vəzifəsi yaradılıb
22.01.2019
“United Airlines” aviaşirkətinin sərnişinləri 16 saat təyyarədə qalıblar
22.01.2019
Gürcüstanda “donuz qripi” daha bir nəfərin həyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info