Ölkədə elektron ticarət 1,5 dəfə artıb
Tarix: 10.03.2015 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çox əmtəə satılıb.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% bəndi artıb.
Bu ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artaraq 1688,7 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7%-ni hüquqi şəxslərin, 7,3%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,9%-ni qeyri-ərzaq malları təşkil edib.
Bu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 14,3% artaraq 141,7 mln. manat olub. Hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyənin həcmi 60,4 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 mln. manat təşkil edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib
16.11.2018
“Azəriqaz”: İlin sonunadək ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizi keçəcək
16.11.2018
SOCAR peyk təsvirlərinin köməyi ilə neft yataqları axtaracaq
16.11.2018
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info