5 KİV-in adının MŞ-nin “qara siyahı“sına salınması üçün təqdimat hazırlanıb
Tarix: 10.03.2015 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Mətbuat Şurasının "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasının iclası keçirilib.
MŞ-nın Komissiyanın sədri, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müzakirə üçün tövsiyə edilən məsələlərin sayının 18 olduğunu bildirib. Bunlardan 7-i Şuranın Şikayətlər üzrə Komissiyasının, qalanları isə Katibliyinin xəttilə təqdim olunub. Gündəlik təsdiqləndikdən sonra müzakirələrə başlanılıb.
Əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının son üç iclasının 7 kütləvi informasiya vasitəsi ilə bağlı çıxardığı rəylər nəzərdən keçirilib. Komissiya üzvləri belə qənaətə gəliblər ki, MŞ-nin həmin KİV-lərlə əlaqədar araşdırmaları nəticəsində əldə edilmiş müvafiq materiallar üç qəzetin və iki xəbər portalının adının Şuranın «qara siyahı»sına daxil edilməsinə əsaslar verir. Bunlar «Yüksələn Azərbaycan» «Azərbaycan naminə», «Haqqın sədası press» qəzetləri, «Jam.az» və «İskra.az» saytlarıdır. «Yüksələn Azərbaycan»nın ilk gündən fəaliyyətini mətbu reketçiliyə üstünlük verən, adları «qara siyahı»da olan KİV-lərlə korporativ həmrəylik şəraitində qurduğu, digər ikisinin isə peşə səlahiyyətindən sui-istifadə etmələri bunun üçün əsas sayılıb.
Saytlara gəldikdə, vurğulanıb ki, İstər «Jam.az», istərsə də «İskra.az» əsasən balans gözlənilməyən materialların yayılmasına üstünlük verir. Belə informasiyalarda müxtəlif yaşlı, peşəli, vəzifəli insanların şərəf və ləyaqəti təhqir olunduqdan, işgüzar nüfuzu ləkələndikdən sonra KİV qarşı tərəfin mövqeyinin dərcinə hazır olduğunu vurğulayır. Bu isə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələblərinə ziddir.
Komissiya «Maqnat.tv» saytının Ağcabədi Rayon Təhsil Şöbəsindən üzr istədiyini, şikayət doğuran yazını saytdan çıxardığını nəzərə alaraq həmin KİV-ə Şuranın xəbərdarlığının edilməsini məqsədəmüvafiq sayıb. «Azerinfo.az» saytı barədə də eyni ölçünün götürülməsi məntiqi hesab edilib. İclasda digər məsələlərlə əlaqədar araşdırmaların davam etdirilməsi razılığına gəlinib. Bu məsələlər barədə də «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyası tərəfindən təkliflər hazırlanaraq Şuranın İdarə Heyətinə təqdim olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info