ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyası müasir iş şəraiti ilə təmin edildi
Tarix: 10.03.2015 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Tibbi-Sosial Ekspert Komissiyalarında (TSEK) əhaliyə xidmət şəraitinin müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir. ƏƏSMN tərəfindən Xaçmaz rayonu üzrə 15 saylı TSEK də yeni iş şəraiti və müasir avadanlıqlarla təmin olunub.
“Ölkəmizin bütün regionlarındakı TSEK-lərin maddi-texniki bazasının yaxşılaşdırılması, eləcə də əlillik müayinələrinin müasir tibbi avadanlıqlar vasitəsilə aparılmasının təşkili nazirliyin diqqətindədir. Ötən ilin ortalarından bu istiqamətdə mühüm işlər görülür. Artıq ƏƏSMN-nin 38 region üzrə TSEK-lərindən 19-u müasir iş şəraitinə malikdir. Bu işlər sürətlə aparılır və yaxın vaxtlarda digər TSEK-lərin də müasir iş şəraiti ilə təminatı həyata keçiriləcək”,- deyə yeni inzibati binanın istifadəyə verilməsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.
Qeyd olunub ki, bu işlərdə əsas məqsəd vətəndaşların TSEK-lər tərəfindən normal iş şəraitində qəbul edilməsi, onların keyfiyyətli xidmətlə təmin olunmasıdır. Eyni zamanda, bu komissiyalar nazirliyin eyni region üzrə digər yerli qurumları bir binalarda yerləşdirilir. Bu da əhaliyə sosial təminat növləri, məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, eləcə də tibbi-sosial ekspertiza ilə bağlı vahid məkandan xidmətlərin göstərilməsinə, bu qurumların öz fəaliyyətlərini bir-biri əlaqəli şəkildə və daha səmərəli həyata keçirməyə imkan verir. Tədbirdə son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması üçün bu sahəyə nəzarətin artırılmasının əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olduğu da qeyd olunaraq, əlillik müayinəsi sisteminin avtomatlaşdırılması məqsədilə görülən işlərdən bəhs olunub. Bildirilib ki, nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt-sisteminin tətbiqi nəticəsində əlillik müayinəsi üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edilməsi əlillik təyinatlarının şəffaf şəkildə aparılmasına şərait yaradıb.
Tədbir iştirakçıları TSEK əməkdaşlarının fəaliyyəti, həmçinin vətəndaşlara tibbi-sosial ekspertiza xidmətinin göstərilməsi, əlillik müayinələrinin aparılması üçün yaradılmış şəraitlə tanış olublar. Komissiyanın əməkdaşlarına əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipləri əsasında təşkili, əlilliyi olan şəxslərin reabilitasiya potensialının müəyyən olunması üçün nazirliyin bərpa-müalicə mərkəzləri ilə əlaqəli fəaliyyətin gücləndirilməsi və s. barədə tapşırıqlar verilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.07.2019
Lənkərandakı istirahət məkanları cərimələndi
20.07.2019
“Bu ildən Azərbaycan regionlarında uşaqlar üçün bərpa müəssisələrinin inşasına başlanacaq“
20.07.2019
FHN Şirvandakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info