Səbail rayonunda 38 mindən artıq sakinin tibbi müayinələrdən keçməsi təmin olunub
Tarix: 10.03.2015 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin fevral ayının 2-dən mayın 1-dək əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı bölgələrdə olduğu kimi, Bakının Səbail rayonunda uğurla davam etdirilir.
Bununla əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılıb, xüsusi qrafiklər tərtib olunub.
İcra hakimiyyətindən verilən məlumata görə, bütün qəsəbə və yaşayış sahələrində tibbi aksiya ilə bağlı sakinlər arasında təşkilati-izahat işləri aparılır. Rayon ərazisində fəaliyyət göstərən 1 və 2 saylı, eləcə də, Bayıl yaşayış sahəsindəki 33 və Badamdar qəsəbəsindəki 34 saylı şəhər poliklinikalarında tibbi müayinələrin keçirilməsi üçün lazımi şərait yaradılıb. Bundan əlavə, idarə və təşkilatlarda müayinələrin keçirilməsi, o cümlədən evdə olan yataq xəstələrinin müayinəsi məqsədilə səyyar həkim briqadaları da təşkil olunub. Artıq indiyə qədər rayon üzrə 38536 nəfərin müayinələrdən keçməsi təmin olunub.
1 saylı şəhər poliklinikasının şöbə müdiri Esmira Məmmədova bildirib ki, bugünkü müayinələr vətəndaşlarımızın sağlamlığının Azərbaycan dövləti üçün nə qədər vacib olduğunu göstərir. Ən müasir tibbi avadanlıqlar, dərman preparatları ilə təchiz olunmuş poliklinikamızda həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar qrafik əsasında idarə və təşkilatlarda, məktəblərdə müayinələr aparır, həmçinin yaşlı və xəstə insanlara evlərində xidmət göstərirlər. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.
Rayon sakinləri poliklinikanın həkim heyətindən, burada yaradılan şəraitdən razılıq ediblər. Müayinədən keçən sakinlər onların sağlamlığının qeydinə qaldığı üçün Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Hazırda tibbi müayinələr davam etdirilir. Rayonda fəaliyyət göstərən 25 tibb müəssisəsinin əksəriyyəti əsaslı təmir olunub. Son illər ərzində rayonda Milli Təhlükəsizlik Nazirliyinin yeni hərbi hospitalı istifadəyə verilib, 1, 2, 15, 33 saylı şəhər poliklinikaları, 3 saylı vərəm əleyhinə dispanser, 3 saylı təcili tibbi yardım stansiyası əsaslı təmir olunub, yeni açılmış 19 saylı köməkçi təcili yardım stansiyası bütün zəruri avadanlıqlarla təchiz olunub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info