Çin Qərb ödəmə sistemlərinə alternativ yaradır
Tarix: 10.03.2015 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


“Reyter”: “Yuanla ödəmələr həyata keçirməyə imkan verən sistem, bu sahədə mövcud olan sistemləri əvəz edəcək”

“Reyter” agentliyi Qərb iqtisadi sistemini hədələyən yeni təhdid barəsində maraqlı bir məlumat yayıb. Məlumata görə, bütün dünyada Çin valyutası yuanla ödəmələr həyata keçirməyə imkan verən sistem indiyə qədər bu sahədə mövcud olan sistemləri əvəz edəcək və Çin valyutasından istifadə səviyyəsini önəmli dərəcədə artırmış olacaq. Qeyd edilir ki, sözügedən sistemi artıq hazırdır və Çin bununla bağlısınaqlar keçirmək üçün 20 bank seçib. Agentlik bildirir ki, Çinin beynəlxalq ödəniş sistemi olan CIPS sentyabr və ya oktyabrda fəaliyyətə keçə bilər. Qeyd edək ki, Çinin bu sistem üçün seçdiyi 20 bankdan 13-ü Çinə, digərləri isə xarici banklara aiddir. Bildirilir ki, sistem, sınaqların nəticələri və hazırlıqdan asılıolaraq sentyabrda,ya da oktyabrda işə düşəcək. Başqa bir mənbə isə bildirib ki, Çin hökuməti ödəniş sisteminini birinci hissəsini dekabra qədər işə salmaq niyyətindədir. Mənbə qeyd edib: “Bu plan deyil, amma biz mümkün olan hər şeyi edirik ki, CIPS-nin birinci hissəsi bu ilin sonuna qədər hazır olsun”. Mənbə əmindir ki, sistem ilin sonuna qədər işə düşəcək.
Qeyd edək ki, dünyada bir sıra tanınmış ödəniş sistemləri mövcuddur. Məsələn, “MasterCard”ın tarixi 1966-cı ildən başlayır. Bir neçə amerikan bankının razılaşmasına əsasən, o vaxt “Interbank Card Association” yaranmışdı ki, sonradan “MasterCard International”a çevrilmişdi. Bundan başqa, JCB (Japan Credit Bureau) — Yaponiyada ən böyük və dünyada ən aparıcı ödəniş sistemlərindən biridir. 1961-ci ildə yaradılıb. 1981-ci ildə beynəlxalq bazara çıxıb.
Çin ödəniş sisteminin beynəlxalq ödəniş dövriyyəsinə qoşulması da bu sahədə yeni dönəmin başlanmasından xəbər verir. Belə ki, bununla sözügedən sahədə rəqabətin artacağı gözləniləndir. Hazırda Çinin və Rusiyanın amerikan-Qərb iqtisadi sisteminə qarşı dayanma tədbirləri nəzərə alınsa, bu sahənin nə qədər strateji olduğunu və Çin valyutasının dünyada mövqeyinin möhkəmlənməsinə xidmət etdiyi anlaşılır.

İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Londonda həbs edilən etirazçıların sayı 963-ə çatıb
22.04.2019
Şri-Lankada silsilə partlayışlarda ölənlərin sayı 290-a çatıb
22.04.2019
İranın ali lideri İİKK-ya yeni komandan təyin edib
22.04.2019
Vladimir Zelenski kadr islahatlarını anons edib
22.04.2019
Türkiyə prezidenti Şri-Lanka hücumunu qınadı

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
4 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info