Lukaşenko: “Azərbaycana çox güvənirik”
Tarix: 10.03.2015 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


Belarus Azərbaycanla bütün istiqamətlər üzrə əməkdaşlıq etməyə hazırdır. BELTA-nın verdiyi məlumata görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubovla görüşdə deyib.
A.Lukaşenko bildirib: "Sizə, ölkənizə, rəhbərliyə çox güvənirik və aramızda bağlı mövzular ümumiyyətlə yoxdur. Belarus və Azərbaycan həmişə bütün yaranan problemli məsələləri uğurla həll ediblər. Bütün çətinliklərə baxmayaraq, ötən il iki ölkə arasında əmtəə dövriyyəsi artıb. Bizə Azərbaycanla ticarət sərfəlidir".
Prezident qeyd edib: "Biz Azərbaycanda öz istehsalatlarımızı yaratmağa, bu ölkənin investisiyalarını qəbul etməyə hazırıq. Azərbaycanda Belarus traktorları, yük avtomobilləri, liftlər və s. istehsalı üzrə birgə müəssisələr fəaliyyət göstərir. Bəzi istiqamətlər üzrə istehsalın lokallaşdırılması təqribən yarıya çatıb. 40 faiz artıq var və bu, çox yaxşı tempdir. Deməli, sizə vəd etiyimiz və İlham Əliyevə söz verdiyim kimi texnologiyalar əldə edirsiniz və ərazinizdə normal istehsal yaradılır".
O, əlavə edib ki, növbəti addım üçüncü ölkələrə, Qafqaz regionuna birgə məhsulla çıxmaqdır.
Öz növbəsində Y.Eyyubov qeyd edib ki, Belarus Prezidentinin Azərbaycan xalqına münasibəti qiymətsizdir: "Belarus hamını cəlb edən ölkədir. Siz xalqın adamısınız. Həyatınızı bu xalqa həsr edirsiniz. Əgər digər təbii sərvətləriniz olsaydı, fikrimcə, Belarus dünyada birinci ölkə olardı. Çünki əsas nəyə sahib olduğun deyil, lazım olanı əldə etməkdir".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Ukrayna NATO və Avropa İttifaqına üzvlüyə hər an yaxınlaşır
20.11.2018
Yeni Azərbaycan Partiyası: iqtisadi və siyasi müstəqilliyi möhkəmləndirən ideyalar məktəbi
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info