Asif Hacıyev: “Torpaqlarımızın azad olunacağı gün uzaqda deyil”
Tarix: 10.03.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Bakı Slavyan Universiteti (BSU) və Respublika Milli Qəhrəmanlar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli Ordusunun mühəndis istehkam qüvvələrinin 23–cü ildönümü ilə əlaqədar N saylı hərbi hissənin zabit və əsgərləri ilə görüş keçirilib.
BSU-dan bildirilib ki, görüşdə bu ali məktəbin rektoru, professor Asif Hacıyev Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Milli Ordumuzun gücləndiyini, işğal olunmuş torpaqlarımızın azad olunacağı günün uzaqda olmadığını vurğulayıb. Vətənə məhəbbətdən danışan rektor əsgərlərə daim möhkəm olmağı arzulayıb, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.
Respublika Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondun sədri Ədalət Məhərrəmov və başqaları hərbi xidmətdə olan əsgərləri hər zaman mübariz, vətənpərvər olmağa səsləyiblər.
Tədbir BSU-nun yaradıcı gənclərinin və Murad Rzayevin rəhbərlik etdiyi “Qarabağ bülbülləri” mahnı ansamblının konsert proqramı ilə davam etdirilib.
Sonda xidmətində fərqlənən hərbçilərə BSU-nun rəhbərliyi və Respublika Milli Qəhrəmanlar İctimai Birliyi adından təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info