Obama Ukraynaya silah göndərməkdən imtina edir?
Tarix: 10.03.2015 | Saat: 23:21:00 | E-mail | Çapa göndər


Alman kansleri Anqela Merkel yenidən “barışdırıcılıq” mövqeyindən çıxış edib. Belə ki, əgər Almaniyanın Vaşinqtondakı diplomatı Peter Vittixin dediklərinə inansaq, prezident Obama məhz almaniyalı kanslerlə görüşdən sonra Ukraynaya yeni silah göndərməsi fikrindən daşınıb.
Amerika Birləşmiş Ştatları ilə Almaniyanın dövlət başçılarının Ağ Evdəki görüşünü şərh edən almaniyalı diplomata görə, bu məsələlər ətrafında fikir mübadiləsi aparan Merkellə Obama bu nəticəyə gəliblər ki, hazırkı məqamda Ukraynanı yeni silahlarla təmin etmək yox, “diplomatik və siyasi səyləri davam etdirməyə imkanı verilməlidir”.

Almaniyalı səfirin sözlərinə istinad etsək, tərəflər görüş zamanı Rusiya amilini də nəzərdən keçiriblər: “Biz diqqətlə düşünməliyik ki, belə bir addım, yəni Ukraynaya silah göndərilməsi ümumi vəziyyətə əlavə element, Rusiya rəhbərliyi tərəfindən cavab reaksiyası üçün əlavə bəhanə və ya səbəb yaradacaq,ya yox”. Belə görünür ki, Kiyevin ABŞ və onun müttəfiqlərinə göndərdiyi aramsız sorğular cavabsız qalacaq. Xatırladaq ki, Kiyev dövlət orqanları güman edirdilər ki, Ağ Ev konqresmenlər Mek Tornberr və Adam Smitin sorğularına əsasən, fevralın sonuna qədər bu ölkəni 1 milyard dollar yardım və yeni silahlarla təmin edəcək.
Qeyd edilməlidir ki, Anqela Merkelin “barışdırıcılıq” mövqeyindən çıxış etməsi birinci dəfə deyil. O, ABŞ prezidenti Obama ilə görüşdən əvvəl Yaponiyanın baş naziri Sindzo Abe ilə ünsiyyət zamanı «Rusiyaya qarşı iqtisadi qadağaların saxlanılması lazım bilinsə də, Moskva ilə diplomatik dialoqu davam etdirməyin vacibliyini də” xüsusi olaraq qeyd edib.
Bu bəyanatı şərh edən yaponiyalı müşahidəçilər Berlinlə bərabər, Tokionun da obyektivlik cəhətdən oxşar olduğunu qeyd edirlər. Belə ki, “G7”nin üzvü olan hər iki dövlət məlum səbəblərdən Rusiya ilə kəskin qarşıdurmadan qaçmağa çalışırlar. Qeyd edilməlidir ki, Almaniyanı Rusiya ilə sıx iqtisadi əlaqələr və enerji asılılığı bağlayır. Bu arada “Kommersant” qəzeti məlumat verir ki, ötən ilin sentyabrından Avropaya qaz nəqlini azaldan “Qazprom” artıq əvvəlki səviyyəni yenidən bərpa edib. Əlavə qazın 70%-i İtaliyaya, qalan 30% isə Cənubi Almaniyaya nəql edilir. “Şimal axını” ilə nəql edilən qazın həcmi isə iki dəfə artırılaraq gün ərzində 95 milyon kub metrə çatdırılıb. Yamal-Avropa qaz kəməri ilə göndərilən qazın həcmi 19% artaraq gün ərzində 82 milyon kub metrə çatdırılıb. Göndərilən əlavə qaz Almaniya ilə yanaşı, şimal-qərbi Avropa ölkələri arasında bərabər bölüşdürülür.
Yaponiya da sülh müqaviləsi bağlanması zərurətindən və ərazi məsələlərinin həlli baxımından Rusiya ilə münasibətləri korlamaq istəmir. Xatırladaq ki, bu ilin fevral ayının əvvəllərində jurnalistlərə açıqlama verən Yaponiyanın baş naziri Abe deyib: “Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin hələ də bağlanmaması normallıqdan uzaqdır. Bu məsələ ilə bağlı əsas dövlət siyasətinə tam uyğun olaraq mən bütün fəaliyyətimi bu istiqamətə yönəldəcəyəm”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info