Daşınmaz əmlakla bağlı yeni SMS xidmətləri
Tarix: 10.03.2015 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Rafiq Cəlilov: “Daşınmaz əmlak üzrə layihələrə çıxış
“bir pəncərə” sistemi ilə mümkün olacaq”


Əmlak Məsələləri Dövlət Komitəsinin təşəbbüsü ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində “Daşınmaz əmlakla bağlı SMS xidmətləri: rahatlıq və çevikliyin təminatı” mövzusunda ictimai təqdimat keçirilib. Tədbiri keçirməkdə məqsəd komitənin fəaliyyət sahələrində şəffaflığın səviyyəsini daha da yüksəltmək, xidmətlərdə rahatlığı, əlverişliliyi və operativliyi təmin etmək, eyni zamanda sosial məmnunluğu artırmaq üçün istifadəyə verilən SMS xidmətləri, bu xidmətlərin vətəndaş-məmur təmasının sıfıra endirilməsi və vaxt itkisinin qarşısının alınmasında rolu barədə ictimaiyyəti məlumatlandırmaqdır.
Bildirilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət sahələrində şəffaflığın səviyyəsini daha da yüksəltmək, xidmətlərdə rahatlığı, əlverişliliyi və operativliyi təmin etmək, sosial məmnunluğu artırmaq məqsədilə müasir dövrün tələbinə uyğun innovasiyaların tətbiqini davam etdirir. Bu yeniliklər həm daşınmaz əmlakın qeydiyyatı, həm də dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi və icarəsi sahələrini əhatə edir. Komitə sədrinin müavini Rafiq Cəlilov qeyd edib ki, dövlət başçısı tərəfindən şəffaflıq, operativlik və sosial məmnunluq məqsədilə innovativ üsulların tətbiqi, xidmətlərin əhaliyə rahat və əlverişli şəkildə çatdırılması ilə bağlı dövlət orqanlarına ciddi tapşırıqlar verilib. Əmlak Məsələləri Dövlət Komitəsi də bu tapşırıqlardan irəli gələrək fəaliyyət sahələri üzrə zəruri tədbirlərin həyata keçirilməsini davam etdirir: “Komitədə elektron və onlayn xidmətlərlə yanaşı, SMS xidmətləri də vətəndaşların istifadəsinə verilib. 31 elektron xidmətin 3-ü SMS vasitəsilə ilə də fəaliyyət göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir. Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur”.
Tədbirdə yeni SMS xidmətləri ilə bağlı çıxışlar və təqdimatlar olub, bu xidmətlərin əhəmiyyəti, istifadə qaydaları izah edilib. Bildirilib ki, SMS xidmətlər qeydiyyat prosesinin rahatlığını xeyli artırıb. Əvvəllər xidmət haqqı barədə məlumat yalnız hazır sənəd vətəndaşa təqdim olunanda məlum olurdu. Xidmət haqqının öyrənilməsi üçün SMS xidmətin istifadəyə verilməsindən sonra isə bu məlumat artıq qeydiyyat idarəsinə gəlmədən SMS vasitəsilə əldə edilir. Vətəndaş müraciət nömrəsini SMS-lə 9193-ə göndərməklə xidmət haqqının məbləğini öyrənir. Həmin xidmət haqqı müvafiq banka ödənildikdən sonra qeydiyyat sənədi vətəndaşa təqdim olunur. Eyni zamanda, xidmət haqqını ərazi qeydiyyat idarələrinin özündə ödəmək üçün ödəmə məntəqələri (“PayPoint”) də quraşdırılıb. Digər SMS xidmət daşınmaz əmlakın qeydiyyatı üçün müraciətin icra vəziyyətinin öyrənilməsinə aiddir. Vətəndaş müraciət nömrəsini 9193-ə göndərməklə müraciətin icra vəziyyəti barədə dərhal məlumat əldə edə bilir. Bu SMS-də daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müvafiq sənədin hazır olma tarixi göstərilir.
Əmlakın icarəsi ilə bağlı SMS xidmət dövlət əmlakının icarəyə verilməsi haqqında bağlanmış müqavilələr üzrə icarə haqqı borcunu öyrənmək imkanı yaradır. Belə ki, hüquqi və fiziki şəxslər icarə müqaviləsi kodunu SMS-lə 9193-ə göndərərək cari borcu barədə məlumat ala bilir. Eyni zamanda, komitə tərəfindən bütün icarəçilərə ayda bir dəfə icarə borcu barədə SMS məlumat göndərilir. Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur. Xatırladaq ki, hər 3 SMS xidmət, eyni zamanda, komitənin elektron xidmətlər portalında informativ xidmət kimi vətəndaşların istifadəsindədir.
Bu mütərəqqi sosial yeniliklər vətəndaş-məmur təmasının sıfıra endirilməsi, xidmətlərdə əlçatanlığın, rahatlığın və operativliyin təmin olunması, vaxt itkisinin qarşısının alınması məqsədi daşıyır.
Qeyd edək ki, jurnalistlərə açıqlama verən Rafiq Cəlilov qeyd edib ki, daşınmaz əmlakın elektron qeydiyyatı layihəsi vətəndaşlara müvafiq orqanlara baş çəkmək zərurəti olmadan onlayn-rejimdə kompleks xidmətlər almağa imkan verəcək: “Hazırda daşınmaz əmlakın kadastrının rəqəmsal kartlarının yaradılması üzərində işlər aparılır, daşınmaz əmlak haqqında məlumat bazası elektron formata keçirilir, elektron qeydiyyat sistemi yaradılır və bu sahədə bir sıra digər vacib layihələr həyata keçirilir. Layihələrdən asılı olaraq, onlara çıxış "bir pəncərə" sistemi vasitəsi ilə mümkün olacaq ki, bu da əhaliyə göstərilən xidmətlərin səviyyəsini xeyli artırmağa xidmət edəcək. Bu gün Dövlət Komitəsinin saytında işə salınan elektron xidmətlərdən sutkanın 24 saatında istifadə etmək mümkündür".
Fuad




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info