Azərbaycanın zəngin ekoloji potensialının və unikal biomüxtəlifliyinin tanıtımı
Tarix: 11.03.2015 | Saat: 15:11:00 | E-mail | Çapa göndər


2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək “Milan Expo 2015” beynəlxalq sərgisində Azərbaycan milli pavilyonla təmsil olunacaq.
Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, hazırda milli pavilyonun hazırlanması istiqamətində işlər başa çatmaq üzrədir.
Qeyd edək ki, Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaşı Heydər Əliyev Mərkəzidir.
Bütün dünyadan 30 milyonadək ziyarətçinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir. Sərgi, həmçinin Azərbaycanla daha yaxından tanışlıq imkanı da verəcək.
Azərbaycan pavilyonu
“Milan Expo 2015”-də milli pavilyonumuzun təməli 2014-cü ilin iyulunda qoyulub. Pavilyon mayın 1-dən ziyarətçiləri qəbul edəcək.
“Planeti qidalandırmaq, həyat üçün enerji” (Feeding the Planet, Energy for Life) devizi altında keçirilən “Milan Expo 2015” sərgisindəki “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlandırılan 4 mərtəbəli, 1800 m2 ərazidə təşkil olunan milli pavilyonumuz ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edəcək. Xüsusi konsepsiyada dizayn edilmiş milli pavilyonda 6 ay ərzində müxtəlif təqdimatların edilməsi nəzərdə tutulur.
Sərginin əhəmiyyəti
“Milan Expo 2015” sərgisi Azərbaycanın tarixinin, mədəni irsinin dünyada tanıtımı və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir. Bu layihə eyni zamanda, Azərbaycanı sağlam həyat mənbəyi olan ölkə kimi tanıdan özəlliklərinin, həyata keçirilmiş ekoloji layihələrin bir daha təqdim olunmasına imkan verəcək.
“Milan Expo 2015”-dəki milli pavilyon, həmçinin Azərbaycanda müxtəlif sahələrdə görülmüş işləri, ölkənin sosial siyasətinin təkmilləşdirilməsinə yönəlmiş dövlət inkişaf konsepsiyalarını, vətəndaşların rifahının yaxşılaşdırılmasının təmin edilməsi istiqamətində aparılan fəaliyyəti, ölkənin elm, təhsil və səhiyyə sistemlərində aparılan köklü islahatları, kənd təsərrüfatı sahəsi üzrə artımı, gənclərin yüksək sosial, mənəvi və sağlam fiziki inkişafını təmin edən fəaliyyəti və idmanın geniş təbliğini əhatə edir.
Biomüxtəliflik
Biomüxtəlifliyin qorunması və ekoloji problemlərin həlli istiqamətində, milli təbii sərvətlərin bərpasının təmin edilməsində və mühafizəsində, yerli və beynəlxalq ekoloji layihələrin həyata keçirilməsində görülmüş işlər də ölkə pavilyonunun daxili tərtibatında öz xüsusi yerini tapacaqdır.
Bu günədək qeyd olunan istiqamətlər üzrə qısametrajlı videoçarxların çəkilməsi üçün müxtəlif ssenari hazırlanıb. Ssenarilər əsasən qida, kənd təsərrüfatı, ekoloji resurslar, təbii landşaftlar, sosial inkişaf, ixrac və beynəlmiləlləşdirilmə, infrastruktur, mədəniyyət, incəsənət, ətraf mühitin qorunması və GMO tərkibli məhsulların yayılmasının qarşısının alınması istiqamətlərində aparılan işləri əhatə edir. Bu videomateriallar Milandakı milli pavilyonumuzda təqdim olunacaq və sərgi ziyarətçilərinin Azərbaycan ilə vizual tanışlığını təmin edəcəkdir. Bundan əlavə, pavilyonda olan 150-yə yaxın monitorda Azərbaycanın musiqi və kinematoqrafiya inciləri, adət və ənənələrinə, incəsənətinə dair müxtəlif materiallar nümayiş etdiriləcək.
Bu günədək Azərbaycanın müxtəlif regionlarında mövcud olan zəngin biomüxtəlifliyin, unikal landşafların, təbii ehtiyatların və fərqli bölgələrdə yerləşən tarixi abidələrin foto və video çəkilişləri aparılıb. Bu məqsədlə 2014-cü ilin aprel ayından 2015-ci ilin fevral ayınadək Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Yardımlı, Şəmkir, Şəki, Qəbələ, Şabran, Quba, Xızı, Siyəzən, Şirvan, Abşeron və digər rayonlara dəfələrlə səfər edilib.
Beləliklə, bir ildən artıq görülən bütün bu işlər qısa müddətdən sonra açılacaq milli pavilyonda ziyarətçilərin ixtiyarına veriləcək və 6 ay ərzində Milanda “Azərbaycan dünyası”nı daha yaxından görmək imkanı yaradılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
16.11.2018
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gedib
16.11.2018
Məşğulluq Strategiyası insan kapitalının inkişafında, məşğulluğun təminatında mühüm addımların atılmasına imkan yaradacaq
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info