DSX sərhədlərimizin etibarlı mühafizəsini davam etdirir
Tarix: 11.03.2015 | Saat: 15:24:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin fevral ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduqları üçün 25 halda 30 nəfər saxlanılıb. Onların 15 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Gürcüstan, 4 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Rusiya Federasiyası, Qırğızıstan və Moldova vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 7 halda 11 nəfər, Xəzər dənizində 7 halda 10 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 218 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 12 kiloqram 648,3 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Ay ərzində qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olan bir cinayətkar dəstə zərərsizləşdirilib, dəstə üzvlərindən iki nəfəri cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər şəxs barəsində isə axtarış elan olunub. Başlanmış cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 57 halda ümumi dəyəri təqribən 334 min manat olan qaçaqmalın, o cümlədən 2 ədəd tüfəng, 130 ədəd patron, 1 ədəd pnevmatik avtomat, 1 ədəd pnevmatik tapança, 4 ədəd daraq, 2 ədəd tank əleyhinə mina, 1 ədəd beşbarmaq-bıçaq, 1 ədəd bıçaq, 1810 ədəd pirotexniki vasitə, 780 qram qızıl zinət əşyaları, 8926 qutu siqaret, 288 ədəd mobil telefon, 700000 rial İran İslam Respublikasının valyutası, 25 baş xırda buynuzlu heyvan, 1 baş at, 55 ədəd müxtəlif ölçülü və markalı spirtli içkilər, 3100 metr tor, 2930 ədəd müxtəlif dərman preparatları, 423 ədəd kosmetik vasitələr və digər istehlak malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info