IDEA sosial şəbəkə istifadəçilərini videomüsabiqədə iştiraka dəvət edir
Tarix: 11.03.2015 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


28 mart tarixində dünyanın müxtəlif yerlərində yaşayan bir milyarddan artıq insan iqlim dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün Beynəlxalq "Yer saatı 2015" (“Earth Hour 2015”) çərçivəsində bir araya gələcək.
IDEA İctimai Birliyi Beynəlxalq “Yer saatı” kampaniyasının (www.earthhour.org) Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində “Yer saatı 2015” ilə əlaqədar sosial şəbəkə istifadəçilərini yenivideo müsabiqədə iştirak etməyə dəvət edir.
Müsabiqə iştirakçılarından ətraf mühit çağırışlarını ifadə edən və qaranlıq şəraitdə çəkilmiş video çarxların “baş qəhrəmanlarını” müəyyən etmək tələb olunur.
Belə ki, 27 mart tarixinə qədər hər həftə 4 məşhur şəxsin iştirak etdiyi video çarxlar IDEA İctimai Birliyinin və “Yer saatı” (“Earth Hour”) kampaniyasının Azərbaycan üzrə rəsmi feysbuk (www.facebook.com/ideacampaign.org və www.facebook.com/earthhouraze) və instaqram (idea_public_union və earthhourazerbaijan) səhifələri vasitəsilə ictimaiyyətə təqdim olunacaqdır. Qeyd edək ki, sözügedən video çarxların mövzusu bu il qeyd olunacaq “Yer saatı” kampaniyasının beynəlxalq şüarına – “İqlim dəyişikliyini dayandır!” (“Stop climate change”) uyğun olaraq hazırlanıb.
Sosial şəbəkə istifadəçiləri videodakı çağırışları səsləndirən şəxslərin adlarını həmin video çarxın paylaşıldığı linkin şərh hissəsində yazmaqla, müsabiqəyə qoşula bilər. Düzgün cavabı birinci yazmış iştirakçılara müvafiq xallar (bir düz cavab – bir xal) veriləcəkdir. Hər həftənin sonu müsabiqənin gedişi və iştirakçıları reytinqi barədə IDEA İctimai Birliyinin və “Yer saatı” kampaniyasının sosial şəbəkələrdəki səhifələrində məlumatlar dərc olunacaq.
Müsabiqənin sonunda videolar tam formatda təqdim olunmaqla iştirak edən məşhurların adları açıqlanacaq. Ən çox düzgün cavab tapmış sosial şəbəkə istifadəçisi 28 mart tarixində qalib elan ediləcək və IDEA İctimai Birliyi tərəfindən mükafatlandırılacaq.
Müsabiqə çərçivəsində təqdim olunacaq video çarxları 12 mart tarixindən etibarən IDEA İctimai Birliyinin və “Yer saatı”nın sosial şəbəkələrdəki səhifələrində izləyə bilərsiz!

Fuad




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info