Birlikdə qazanılmış qələbə
Tarix: 11.03.2015 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


“Avrasiya Araşdırmalar İnstitutu”İnkişaf Fondu, Rusiya Xeyriyyəçilik Fondu, Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Birlikdə qazanılmış qələbə. Faşist Almaniyası və onun müttəfiqləri üzərində qələbədə Azərbaycanın rolu“ mövzusunda Rusiya-Azərbaycan konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan “Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fondu Azərbaycan filialının rəhbəri Rauf Həsənov iştirakçıları salamlayaraq konfransın mahiyyəti barədə məlumat verib. R.Həsənov İnkişaf Fondu ilə Bakı Slavyan Universiteti arasında sıx əməkdaşlıq münasibətlərindən danışıb.
BSU-nun rektoru, professor Asif Hacıyev çıxışında konfransın məhz Bakı Slavyan Universitetində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib. Rektor bildirib ki, Alman faşizmi üzərində qələbə SSSR-nin bütün xalqlarının qələbəsidir: ”Bakı Slavyan Universiteti bu gün müharibə dövründə mövcud olan “xalqlar dostluğu” ənənəsini yaşadır. Hazırda Azərbaycanda 300 rusdilli məktəb fəaliyyət göstərir. Şübhəsiz ki, bu siyasətın əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dövlət başçısı İlham Əliyev bu gün həmin yolu davam etdirir. Rus dili və ədəbiyyatının tədrisi, mədəniyyətinin mənimsədilməsi, Rusiya tarixinin öyrənilməsi Rusiya ilə Azərbaycan əlaqələrinin möhkəmlənməsinə şərait yaradır”. Prof. A.Hacıyev İkinci Dünya Müharibəsi dövründə minlərlə azərbaycanlının qələbə uğrunda döyüşə atıldığını vurğulayaraq, onların həm də milli ideya və azadlıq yolunda mübarizə apardıqlarını diqqətə çatdırıb.
“Avrasiya Araşdırmalar İnstitutu” İnkişaf Fondunun rəhbəri Valeri Tursunov çıxış edərək belə tədbirlərin keçirilməsinin Rusiya və Azərbaycan arasında mövcud olan siyasi, mədəni əlaqələrə müsbət təsir göstərəcəyini qeyd edib. Fondla sıx əməkdaşlıq qurduğuna görə BSU-nun rektoru Asif Hacıyevə dərin minnətdarlığını bildirib: ”Əbəs yerə deyil ki, Fond tərəfindən Azərbaycanın müxtəlif ali təhsil ocaqlarının, o cümlədən BSU-nun 12 tələbəsinə Mendeleyev adına təqaüd Rusiya Prezidenti Administrasiyasının rəhbəri tərəfindən məhz BSU-da təqdim olunmuşdu”.
Konfransda Moskva Dövlət Universiteti, Sankt Peterburq İqtisad Universiteti, Rusiya Strateji Araşdırmalar İnstitutu, Bakı Slavyan Universiteti, AMEA-nın Tarix İnstitutu, BSU nəzdində Məktəb-lisey Kompleksinin nümayəndələri Böyük Vətən müharibəsində Azərbaycanın rolu ilə bağlı müxtəlif məruzələrlə çıxış ediblər.
Qeyd edək ki, tədbir çərçivəsində Respublika Veteranlar Şurasının üzvü Georgi Zapletinin “Azərbaycan Böyük Vətən müharibəsi illərində” kitabının təqdimatı olub.

BSU-nun Mətbuat xidməti




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info