Natiq Məmmədov: “Elektron-informasiya sisteminin tətbiqi şəffaflığa xidmət edir”
Tarix: 11.03.2015 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


İsmayıllıda 14 rayonun Tibbi-Sosial Ekspert Komissiyaları və səhiyyə müəssisələrinin birgə müşavirəsi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İsmayıllıda tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar əlillik müayinəsi üçün göndəriş formalarının düzgün və müasir tələblərə uyğun tərtibi məsələlərinə dair zona müşavirəsi keçirilib. Tədbirdə 14 rayonun (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu, Qobustan, Ağdaş, Göyçay, Ucar, Zərdab) Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) və səhiyyə müəssisələrinin məsul şəxsləri və əməkdaşları iştirak edib. Müşavirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov nazirlik tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiq olunmasının əlillik təyinatı prosedurunun şəffaflaşdırılmasına, bu sahədə fəaliyyət mexanizminin müasir tələblərə uyğun qurulmasına xidmət etdiyini vurğulayıb. “Səhiyyə müəssisələri ilə TSEK-lər arasında əlillik müayinəsi üçün müvafiq məlumatların elektron mübadiləsinə imkan verən bu sistem vasitəsilə eyni zamanda elektron məlumat bazası da yaradılıb. Bu baza isə öz növbəsində aidiyyəti dövlət orqanının əlillik müayinələrinin nəticələri ilə bağlı müvafiq məlumatları elektron yolla əldə etməsinə imkan verir”. N.Məmmədov bu sistemin tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq əmri ilə TSEK-lərə göndərişlərin elektron registrinin yaradıldığını, habelə “Tibbi-sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar üçün Tibbi-sosial ekspert komissiyasına göndəriş” formalarının təsdiq edildiyini bildirib: “Əlillik müayinələri artıq bu göndəriş formaları əsasında aparılır. Hazırda səhiyyə müəssisələri tərəfindən bu göndərişlərin hazırlanması və elektron informasiya sistemi vasitəsilə TSEK-lərə göndərilməsi, həmin göndərişlərdə diaqnozun, eləcə də ağırlaşma hallarının düzgün və obyektiv müəyyən olunması üçün qarşıya çıxan məsələlərin birgə araşdırılmasına ehtiyac var. Bu müşavirədə də biz bu məsələləri müzakirə edəcəyik”.
Müşavirədə əlillik müayinəsi üçün göndəriş formalarının tərtib olunması prosedurunun təkmilləşdirilməsi, habelə həmin müayinənin nəticələrinin müvafiq beynəlxalq təsnifat əsasında rəsmiləşdirilməsi məsələləri geniş müzakirə olunub, ayrı-ayrı şəxslər tərəfindən təkliflər irəli sürülüb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Neftçalada tikilən modul tipli 7 məktəb binasında işlər ilin sonunadək başa çatacaq
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info